Paşinyan Rusiyanın yeni beşinci kolonunu yaradır - KİV
Nikol Paşinyan Ermənistanda Rusiyanın yeni beşinci kolonunu bəsləyir.
Axar.az xəbər verir ki, bu iddia ilə “Armenianreport” saytı çıxış edib.
“Baş nazir güman edir ki, ona hər şey olar, o, cəmiyyətdə kifayət qədər populyardır və ona hər şeyi bağışlayırlar. Bu o demək deyil ki, ona erməni xalqını manqurtlaşdırmağa izn veriləcək. Nikol nə qədər ki hakimiyyətin sükanı arxasındadır, bir o qədər də xarici və daxili siyasətdə səhvlərə yol veriləcək. Belə təəssürat yaranır ki, o, xalqı Sərkisyanı devirməyə aparanda verdiyi vədləri unudub.
Paşinyan müxalifətdə olanda Ermənistanın Avrasiya İttifaqı və KTMT-yə üzvlüyünü tənqid edərək hökuməti Qərblə münasibətləri inkişafa çağırırdı. Ermənistana rəhbərlik edəndən sonra bu istiqamətdə heç nə etmədi. Ermənistan təkcə Rusiyanın təsir zonasında qalmadı, həm də o öz siyassəti ilə İrəvanı bu bataqlığa daha da batırdı”, – deyə məqalədə bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət