Slimfit
  1. DÜNYA

Paşinyan Putinlə hava limanında saat yarım söhbət etdi və... - Gizli görüşün detalları

Paşinyan Putinlə hava limanında saat yarım söhbət etdi və... - Gizli görüşün detalları
Sakura

Paşinyan Putinlə hava limanında saat yarım söhbət etdi və... - Gizli görüşün detalları

“Rusiya prezidenti ilə daha saat yarımlıq görüşüm oldu”.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial media hesabında yazıb.

Baş nazir bildirib ki, görüş Zvartnots hava limanında baş tutub. Ardınca da qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri müsbətdir və müsbət cərəyanda inkişaf edir.

Görüşün məzmunu ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Vladimir Putin ötən gün Avrasiya İqtisadi Birliyinin liderlər zirvəsinin görüşü üçün paytaxt İrəvana səfər etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR