Slimfit
  1. DÜNYA

Paşinyan Putinlə görüşə gedir: Yeni qaz təklifi

Paşinyan Putinlə görüşə gedir: Yeni qaz təklifi
Sakura

Paşinyan Putinlə görüşə gedir: Yeni qaz təklifi

Ermənistan Baş naziri Nikol Paşinyan yeni Energetika naziri Qaregin Baqramyana tapşırıq verib ki, qısa zaman ərzində Rusiyadan alınan qazın qiymətləndirilməsinin analizini başa çatdırsın və yeni qiymətin müəyyənləşdirilməsiylə bağlı təkliflər paketi təqdim etsin.

Axar.az xəbər verir ki, Paşinyanla Baqramyanın görüşü baş nazirin Feysbuk səhifəsində canlı yayımlanıb. Baş nazir Baqramyandan qazla bağlı danışıqların hansı mərhələdə olduğuyla maraqlanıb. O, Rusiya Prezidenti Vladimir Putinlə noyabrın 8-də görüşəcəyini və daha bir görüşün isə dekabrın ortalarında olacağını bildirib. Paşinyan Baqramyandan buna görə təkliflər paketinin daha tez hazır olmasını istəyib.

Baqramyan isə Paşinyana cavabında qazın qiymətinin 150 dollar olmasının əsaslandırılmadığını bildirib. O, sərhəddə optimal qiymətin 140 dollar olması gərəkdiyini vurğulayıb. Energetika naziri həmçinin istehlakçılar üçün də tariflərin yenidən baxılmasına ehtiyacın olduğunu söyləyib.

Paşinyan görüşün sonunda hazırlanan təkliflərin ciddi dəlillərlə əsaslandırılması gərəkdiyini bildirib.

Qeyd edək ki, Ermənistan Rusiyadan qazı 150 dollara alır. Ölkənin daxilində isə istehlakçılara qaz 290 dollara satılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR