Paşinyan Putinə zəng etdi, Əliyevlə görüşdən danışdı
Tərəflər Avrasiya İqtisadi İttifaqı Şurası və digər inteqrasiya prosesləri çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıb
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycan lideri İlham Əliyevlə görüş barədə danışıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan hökumətinin yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, telefon danışığı zamanı Paşinyan və Putin Ermənistan – Rusiya əməkdaşlığına dair müxtəlif məsələləri müzakirə edib.
"Tərəflər aprelin 4-ü Moskvada keçirilməsi planlaşdırılan Ermənistan – Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasının önəmini vurğulayıb. Qeyd olunub ki, ikitərəfli ticarətin həcmlərinin artırılması üçün ilkin şərtlər var", - deyə məlumatda bildirilir.
Tərəflər Avrasiya İqtisadi İttifaqı Şurası və digər inteqrasiya prosesləri çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan martın 29-u Avstriyanın paytaxtı Vyanada ilk dəfə olaraq rəsmi görüş keçirib.
Mənbə: Sputnik.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət