Slimfit
  1. SİYASƏT

Paşinyan Putinə qarşı dəlil toplayır

Paşinyan Putinə qarşı dəlil toplayır
Sakura

Paşinyan Putinə qarşı dəlil toplayır

Ermənistan parlamentində 1999-cu ildə törədilmiş terrorun yenidən araşdırılması çox mətləblərə aydınlıq gətirə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan Baş Prokurorluğunun sözügedən terror aktı barədə istintaqı bərpa etməsi haqda danışarkən deyib.

“1999-cu il parlament terroru Ermənistanı silkələyən hadisə idi. Terakt həm də ABŞ-ın vasitəçiliyi ilə Qarabağ probleminin həlli istiqamətində əldə edilmiş razılığı pozmaq üçün həyata keçirilmişdi. Bu hadisə nəticəsində Baş nazir Vazgen Sərkisyan, spiker Karen Dəmirçiyan və daha bir neçə dövlət xadimi qətlə yetirilmiş, bir neçə deputat ağır yaralanmışdı. Teraktı törədənlər əvvəl iddia edirdilər ki, guya sadəcə Dağlıq Qarabağa dair əldə edilmiş razılaşma memorandumunu bəyənmədiklərinə görə bu hadisəni törədiblər. Amma parlamentə daxil olmaq, mühafizə sistemini yarıb keçmək, müxtəlif silah əldə etmək və s. mürəkkəb məsələlərdir.

Düzdür, məsələ ilə bağlı qaldırılmış istintaq prosesi hadisədə üçüncü ölkənin əli olması haqqında nəticəyə gəldi, amma həmin ölkənin adı açıqlanmadı”.

Q.Hüseynlinin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan istintaqı yenidən başlatmaqla toplanacaq dəlillərdən gələcəkdə istifadə etmək niyyətindədir:

“Paşinyan bu hadisənin arxasında dayanan dövləti də çox gözəl bilir. Görünür, o, əlində həmin dövlətə qarşı dəlillər toplamaq niyyətindədir ki, yeri gələndə istifadə etsin. Həmin dövr həqiqətən də Cənubi Qafqazda yeni bir mərhələnin, sülh prosesinin başlanğıcını qoya bilərdi. Tərəflər ABŞ-ın dəstəyi ilə çox ciddi razılaşmaya yaxın idilər. Parlamentin gülləbaran edilməsi ilə bu iş pozuldu”.

Q.Hüseynli bildirib ki, parlemanet terroru araşdırılsa, Sərkisyan və Köçəryana qarşı yeni ittihalar irəli sürülə bilər:

“Bu araşdırma Moskvanı çox ciddi narahat edəcək. Belə demək mümkünsə, istintaq Sərkisyanın “başını yeyəcək”, üstəlik Köçəryana qarşı irəli sürülən ittihamlara bir yenisi də əlavə olunacaq. Qarabağ klanına qarşı əsaslandırılmış ciddi faktlar meydana çıxa bilər.

Moskva-İrəvan müansibətləri xeyli gərginləşib. Putin-Paşinyan münasibətləri sözün həqiq mənasında qarşıdurma səviyyəsinə qalxıb”.

Politoloq istintaqın Qarabağ münaqişəsinin həllinə elə də ciddi təsir etməyəcəyini söyləyib:

“Bu araşdırmanın Qarabağ məsələsinə əsaslı təsir göstərəcəyi qənaətində deyiləm, amma bir faktı təsdiq edəcək ki, vaxtilə iki dövlət arasında sülh şansı yaradılmışdı. Yəni o zaman Rusiyanın zəif gördüyü Putin hakimiyyətinin yenicə formalaşmağa başladığı bir dövr idi. ABŞ-ın bölgədə nüfuzu kifayət qədər yüksək idi və proseslərə təsir etmək imkanları var idi.

ABŞ sülh yaradılması proesinə töhfə vermək istəyərkən Cənubi Qafqazada təsiri olan üçüncü dövlətin təsiri ilə müəyyən təxribatçı qüvvələr bu işi pozdular”.

Qeyd edək ki, Ermənistan Prokurorluğu 1999-cu ildə ölkə parlamentində terror aktı barəsində işin istintaqını bərpa etməyə qərar verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR