Dərc edildi: Baxış sayı: 1136
“Paşinyan necə gəlibsə, elə də gedəcək” - Putinin məktubunda gizli mesaj
Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti, hazırda həbsdə olan Robert Koçaryanın 65 illiyi ilə bağlı ona təbrik məktubu ünvanlayıb. Məktubda Putin iki ölkə arasında müttəfiqlik əlaqələrərinin möhkəmlənməsində "böyük zəhmət" çəkən Koçaryanı "Rusiyanın əsl dostu" adlandırıb. Siyasi ekspertlər hesab edirlər ki, təbrik məktubu Koçaryandan çox, Ermənistanın indiki rəhbəri Nikol Paşinyana ünvanlanıb.
Azvision.az-ın məlumatına görə, millət vəkili Sahib Alıyev bildirib ki, məktubda Paşinyana birbaşa xəbərdarlıq edilir: “Rusiya prezidenti məktubunda Koçaryanı "Rusiyanın əsl dostu" adlandırır. Burada təkcə Koçaryana qiymət verilmir, həm də Paşinyana xəbərdarlıq edilir ki, o, Rusiyanın "əsl dostu"nu tutdurmaqla iki ölkə arasındakı "müttəfiqliyi" şübhə altında qoyur. Yəni Moskvada bu həbs hüquq, yaxud da siyasət məsələsi deyil, məhz geosiyasi akt kimi qiymətləndirilir”.
S.Alıyevin fikrincə, bizim üçün aktual olan Ermənistanın baş nazirinin bu xəbərdarlığı da qulaqardına vuracağı halda regionda proseslərin hansı yöndə cərəyan edəcəyidir: “Düşünürəm ki, məktubda bu suala da cavab verilir. Orada Koçaryana ruhdan düşməmək və "möhkəm dayanmaq" tövsiyyə edilir. Məncə, bu da "gözlə, hər şey yaxşı olacaq, yəni Paşinyan necə gəlibsə, elə də gedəcək" deməkdir. Və bu həm də o deməkdir ki, Paşinyanın hərəkətlərinə görə Rusiyanın Ermənistana yanaşması dəyişməyib, dəyişməyəcək. Moskvanın bu işğalçı ölkəni cəzalandırmaq fikri də yoxdur. Cəzalandırılması və dəyişdirilməsi planlaşdırılan sadəcə Ermənistanın indiki rəhbərliyidir”.
Politoloq Elşad Mirbəşir Azvision.az -a şərhində deyib ki, Ermənistan cəmiyyətində, ictimai şüurunda Koçaryan Paşinyana əsas alternativ kimi görünür: “Hətta bir neçə gün öncə erməni siyasi fəallardan biri qeyd etmişdi ki, Paşinyan ola bilsin payızda hakimiyyətini itirsin. Çünki Paşinyana qarşı yeni bir hərəkətlənmə olacaq. Bu hərəkətlənmənin başında isə Robert Koçaryan dayanacaq. Belə rəy formalaşdırılacaq ki, Koçaryan dövlət çevrilişinin həyata keçirəcək və Paşinyan hakimiyyətdən salınacaq”.
Rusiyanın Ermənistanda ciddi mövqelərə malik olduğunu qeyd edən politoloqun sözlərinə görə, keçmiş sovet ölkələri arasında ən ciddi hərbi dayaqlar və hərbi mövcudluq məhz Ermənistandadır.
“Bu baxımdan heç bir halda, indiki şərtlər daxilində Ermənistanı Rusiyanın təsir orbitindən uzaqlaşdırmaq mümkün olmayacaq. Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Ermənistanda Rusiyanın təsirinin azaldılması istiqamətində addımlar atmaqdadır. Hətta bunu müəyyən qədər kölgələməyə çalışsa belə, aydın görünən ondan ibarətdir ki, Paşinyanın qarşısında onu dəstəkləyən güclər tərəfindən Ermənistanın Rusiyadan uzaqlaşdırılması kimi bir tələb qoyulub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) erməni baş katibi Yuri Xaçaturov haqqında həbs qətimkan tədbirinin seçilməsi, onun baş katiblikdən uzaqlaşdırılması və Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı Paşinyanın açıq mövqeyi də söylədiklərimizi təsdiq edir. Yəni Paşinyan baş nazir seçildikdən sonra açıq bildirdi ki, o, ölkəsinin KTMT və AİB-ə qoşulmasına ən sərt şəkildə qarşı olub”.
E.Mirbəşir vurğulayıb ki, Paşinyanın bu hərəkətləri Rusiyanın diqqətindən kənarda qalmır: “Qeyd edim ki, Koçaryanın ad günü münasibətilə Rusiya prezidenti Vladimir Putin tərəfindən ona ünvanlanmış məktubda müəyyən mesajlar yer alır. Bu məktub ətrafında da kifayət qədər diskusiyalar aparılıb. Artıq bu siyasi bir məktub kimi qiymətləndirilib. Yəni Rusiyanın protejesi məhz Koçaryandır. Bu baxımdan hesab edirəm ki, bu məktubda Paşinyana ünvanlı məqamlar da yer alıb. Koçaryan həbsdən azad olunduqdan sonra yenidən həbsə salındı. Artıq onun ikinci dəfə həbsdən azad olunması istiqamətində cəhdlər effekt vermir. Bu baxımdan məsələnin görünən tərəfi ondan ibarətdir ki, Rusiya rəhbərliyi tərəfindən Paşinyana müəyyən mesajlar ötürülür. Bu mesajların mahiyyəti ondan ibarətdir ki, Rusiya gələcəkdə Koçaryana siyasi dəstək verir. Paşinyan üçün siqnal odur ki, Koçaryana münasibətdə yumşaq davranılsın və onun siyasi fəaliyyəti üçün imkanlar tanınsın. Hesab edirəm ki, sonuncu məktubun mahiyyətində də bu məqamları axtarmaq doğru olardı. Görünən odur ki, Ermənistanda siyasi proseslərdə dinamizm meydana gələcək. Koçaryanın siyasi fəallığı əhəmiyyətli dərəcədə artacaq və Rusiya tərəfindən dəstək alacaq”.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət