Paşinyan meymunluq etməyə başladı, dedi ki… - Araratyan
Erməni siyasi icmalçısı Mirzo Araratyan ölkəsinin hazırki rəhbərliyini və erməni depatutları kəskin surətdə tənqid atəşinə tutub.
Axar.az xəbər verir ki, Araratyan öz məqaləsində düz bir il əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan Milli Məclisinə seçkilər keçirdiyini qeyd edib.
“Bu heyvan hər kəsi Milli Məclisin var olduğu müddətdə, ölkəyə investisiya qoyuluşunun olmayacağına əmin etdi. Daha sonra Paşinyan meymunluq etməyə başladı və nəticədə Ermənistan tarixi ərzindəki ən rüsvayçı parlamentinə sahib oldu”, - deyə siyasi icmalçı bildirib.
O, hazırda Ermənistan xalqını Lulu Badalyan, Lena Nazaryan, Alen Simonyan, Taqui Kazaryan, Qayane Abramyan, Qoar Abacyanın marixuana aludəçisi olan əri Kristina Poqosyan, Ovik Aqasaryan və digər “qrant yeyənlərin” təmsil etdiyini qeyd edib ki, onlardan iyirmi nəfəri Soros Fondunun peşəkar üzvləridir.
“Amerika səfiri hakimiyyətə Nikol Paşinyanı gətirdi, o isə başına bu biabırçı məxluqları yığdı. Ötənilki seçkilərin legitim olması tamamilə cəfəngiyatdır. Seçkilərdə rüşvət halları ilə yanaşı, şantaj, terror və digər mümkün mexanizmlərdən istifadə olunurdu”, - deyə Araratyan qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət