Slimfit
  1. GÜNDƏM

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır
Sakura

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir.

Ens.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, illərdir Ermənistan ordusunun “məğlubedilməzliyi”, “Ohanyan səddi”nin keçilməzliyi ilə  bağlı səsləndirilən mifi Azərbaycanın Şanlı Ordusu məhv edib. Hələ 2016-cı ilin Aprel döyüşlərində onlar Azərbaycan əsgərinin şücaətinə şahid olmuşdular. Bununla bağlı şəhid Milli Qəhrəman Şükür Həmidov da Aprel döyüşləriylə bağlı xatirələrində ermənilərin “Ohanyan səddi” ni qəhrəman əsgərlərimizin 40 dəqiqə içində yardığını bəyan etmişdi. Ş. Həmidov qeyd etmişdi ki, ermənilər Lələtəpədə möhkəmləndiklərini hesab edirdilər və guya bura keçilməz idi: “Amma döyüşçülərimiz bu bir həddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad elədilər. 1 saatın sonunda həmin təpədə bayrağımız dalğanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı”. 

Bu gün yenə də erməni əsgərləri Şanlı Ordumuzun göstərdiyi rəşadəti qarşısında tab gətirə bilmir. Müzəffər Ordumuz işğaldan azad edilən hər ərazidə bayrağımızı asır. Silahlı Qüvvələrimiz torpaqlarımız tam azad olunana kimi də bu şərəfli missiyasını yorulmadan davam etdirəcəklər. 

Ermənilər isə ümumiyyətlə öləcəklərini bildiyi üçün döyüşmək istəmir və müxtəlif bəhanələrlə, xüsusilə də adlarını koronavirus yazdıraraq orduda xidmətdən qaçırlar. 

Cəbhəyə getməyənlər isə evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır. Ancaq bu gün cəbhədə olmayan Azərbaycan gənci də orduya çağırılacağı günü səbirsiziklə gözləyir. 

Qeyd edək ki, Ermənistanda həm hərbi,  həm də siyasi səhnədə xaos hökm sürür. Son 20 gündə artıq Ermənistan Ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub. 

Belə ki, oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, oktyabrın 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan  və eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan  vəzifəsindən uzaqlaşdırılıb. Onlar xəyanətdə ittiham edilir.

Hakimiyyətə qarşı kütləvi itaətsizlik baş alıb gedir. Paşinyana qarşı siyasi rəqibləri tərəfindən istefa bəyanatları səsləndirilir. 

Düşmən ölkənin ilk baş naziri və ikinci müdafiə naziri, “Milli Demokratik Birlik” partiyasının sədri Vazqen Manukyan da  bir neçə gün əvvəl Ermənistan hökumətini istefaya çağıran açıqlama verib. O, Ermənistanın bu gün biabırçı səhifələrindən birini yaşayadığını bildirib . Manukyan vurğulayıb ki, ermənilərin gələcəyi olan Ermənistan da təhlükə altındadır. Vəziyyəti dəyişdirmək, geri dönüş etmək mümkündürmü? Bəli! Ancaq mövcud hökumətlə yox. Bu hökumət istefaya getməlidir. Yeganə xilas budur. Əks təqdirdə hər şeyi itirə bilərik",-deyə Manukyan qeyd edib.

Son günlər ölkədə fəralilik o həddə çatıb ki, N.Paşinyan Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyanı dünən vəzifəsindən azad edərək maaşını saxlamaqla cəhbəyə göndərdiyini açıqlayıb. Ancaq bu addım da  fərarilik hallarının qarşısını almağa kömək etməyib. Görünür, bu adla V.Danielyanın vəzifəsindən uzaqlaşdırılması həm də fərrarilələrə qarşı ədliyyə orqanlarının tədbirlər görə bilməməsi ilə bağlıdır.

Ona görə də, Paşinyan bu yolla hakimiyyət nümayəndələrini cəzalandırmağa çalışır.

Ermənistan tək hərbi siyasi səhnədə uduzmur. Ölkənin iqtisadiyyatı da tamamilə çöküb. Sosial iqtisadi durum gün-gündən daha da ağırlaşır.

Ermənistanda ərzaq da daxil olmaqla əksər məhsulların qiyməti artıb.  Belə ki, güllərin, kərə yağının  və şəkərin qiyməti müharibə başlayandan ikiqat bahalaşıb. 

Beləliklə, hakimiyyət içindəki qüvvələrin,  klanlar arasında qarşıdurmanın ziddiyyətləri Ermənistanı xaosa aparmaqda davam edir.

 

Günel Türksoy

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR