Dərc edildi: Baxış sayı: 482
Paşinyan Lukaşenkoya zəng etdi: "Rusiya baha satır!"
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Belarus Prezidentinin mətbuat xidməti yayıb. Məlumata görə, telefon danışığı zamanı Rusiyadan tədarük olunan təbii qaz qiymətləri müzakirə olunub.
İki ölkə lideri Rusiyadan tədarük edilən təbii qazın qiymətinin dünya standartlarına uyğun olmadığını vurğulayıblar.
Telefon danışığının Ermənistan tərəfinin təşəbbüsü iə baş tutduğu bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət