Slimfit
  1. SİYASƏT

"Paşinyan hər iki tərəfə oynayırsa, kimsə ona sahib çıxmayacaq" - Deputat

"Paşinyan hər iki tərəfə oynayırsa, kimsə ona sahib çıxmayacaq" - Deputat
Sakura

"Paşinyan hər iki tərəfə oynayırsa, kimsə ona sahib çıxmayacaq" - Deputat

Ermənistan mətbuatında çıxan xəbərlərə görə, Qərb üçün əsas məsələlərdən biri ölkənin Baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması və onun yerinə namizəd axtarılmasıdır.

Bəs, maraqlıdır Qərb Paşinyanın yerinə kimi gətirə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Qərb, Ermənistanda öz siyasətinə qulluq edən birini hakimiyyətə gətirə bilər.

Deputatın sözlərinə görə, Paşinyan özü də qərbyönümlü siyasətçidir:

"Paşinyan elə erməni müxalifətinin dediyi kimi "Soros uşaqları"ndan hesab olunur. Yəni qərbyönümlü siyasətçi hesab olunur. Ermənistanda və Ermənistandan xaricdə Paşinyanın əleyhinə işləyən, onu devirmək üçün çalışan kifayət qədər güclü qüvvələr var. Xüsusilə Rusiyada. Yəni Paşinyan Rusiyanın sevmədiyi Ermənistan rəhbərlərindən biridir. İndi əgər Paşinyan iki stulda oturub hər iki tərəfə, həm Rusiya, həm Qərb tərəfə oynayırsa, yəqin ki, aralıqda qalacaq. Kimsə ona sahib çıxmayacaq. Son vaxtlar Paşinyanın Rusiya tərəfə meyillənməsi, 9 Mayda orada iştirakı, ordan gələndən sonra müəyyən təxribatların törədilməsi yəqin ki, bu, Qərbə nə isə deyir. Paşinyan devrilsə, istər Qərb tərəf, istər şimal tərəf, hətta cənub tərəfdən də İran özlərinə münasib, onların sözlərinə qulaq asan, növbəti birini hakimiyyətə gətirmək üçün çalışacaqlar. Kim güclü olsa, kimin nüfuzu Ermənistan cəmiyyətində daha güclü olsa, təbii ki, o qalib gələcək".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR