Dərc edildi: Baxış sayı: 1037
Paşinyan erməni nümayəndə heyətinin Rusiya səfərini ləğv etdi
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi-texniki əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın iclası üçün Ermənistan nümayəndə heyətinin Rusiyaya səfərini ləğv edib.
Ermənistan Nazirlər Kabinetinin saytında qeyd olunur ki, Baş nazirin nümayəndə heyətini ezamiyyətə göndərmə qərarı qüvvədən düşmüş elan edilib.
Nümayəndə heyətinin Rusiya göndərilməsi barədə qərar ötən həftənin şənbə günü, 26 sentyabr tarixində qəbul edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət