Dərc edildi: Baxış sayı: 702
Paşinyan erməni nümayəndə heyətini Bakıya göndərir
Ermənistan Baş naziri Nikol Paşinyanın qərarıyla Ermənistan nümayəndə heyəti Azərbaycana gələcək.
Axar.az xəbər verir ki, Bakıya səfər edənlər sırasında Ermənistanın İnfrastruktur və Ərazi İdarəetməsi nazirinin müavini Armen Simonyan, bu nazirliyin Avtomobil Nəqliyyatı Siyasəti Departamentinin Texniki siyasət şöbəsinin rəisi Arman Karapetyan, Ermənistan Xarici İşlər Nazirliyinin Çoxtərəfli siyasət və inkişaf sahəsində əməkdaşlıq departamentinin müşaviri Artyom Aznauryan olacaq.
Nümayəndə heyəti Bakıda dekabrın 4-dən 7-nə qədər olacaq və TRASEKA iclasında iştirak edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət