Dərc edildi: Baxış sayı: 625
Paşinyan Çindəki ticarət nümayəndəsini vəzifəsindən azad edib
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Çindəki ticarət nümayəndəsi Varazdat Karapetyanı vəzifəsindən azad edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,baş nazirin müvafiq qərarı Ermənistan hökumətinin informasiya portalında dərc olunub.
Xatırladaq ki, V.Karapetyan 2020-ci ilin noyabrında hakim “Mənim addımım” parlament fraksiyasından çıxmışdı. Nikol Paşinyan 2020-ci ilin dekabrında onu Ermənistanın Çindəki ticarət nümayəndəliyinə attaşe təyin etmişdi. Bu il fevralın 16-da isə V.Karapetyan feysbuk səhifəsində bu vəzifədən istefa verdiyini bəyan etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət