Slimfit
  1. AZƏRBAYCAN

Paşinyan Boltonun Qarabağ təklifini qəbul etmədi

Paşinyan Boltonun Qarabağ təklifini qəbul etmədi
Sakura

Paşinyan Boltonun Qarabağ təklifini qəbul etmədi

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun İrəvana səfəri zamanı dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həlledici addım atmasının vacibliyilə bağlı çağırışını rədd edib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında Boltona onun adından çıxış etməməyi məsləhət görüb.

“Hər kəs öz adından çıxış edə bilər. Con Bolton, yaxud da başqa biri Ermənistanın baş nazirinin adından danışa bilməz. Qarabağ "hakimiyyəti"nin, Qarabağ xalqı və Ermənistan xalqının iştirakı olmadan münaqişənin həlli mümkün deyil” ,- deyə Paşinyan vurğulayıb. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR