Slimfit
  1. AZƏRBAYCAN

Pasinyan BMT-dəki çıxışında Naxçıvanı niyə xatırladı?

Pasinyan BMT-dəki çıxışında Naxçıvanı niyə xatırladı?
Sakura

Pasinyan BMT-dəki çıxışında Naxçıvanı niyə xatırladı?

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT sessiyasındakı çıxışı yalanlarla və faktların təhrif olunması ilə dolu idi.

Birincisi, Nikol Paşinyan çıxışında Dağlıq Qarabağ ermənilərindən məzlum xalq obrazını yaratmaga cəhd elədi. Bu yalniz Pasinyanın deyil, erməni siyasətcilərin və tarixcilərinin ənənəvi strategiyasıdır.

İkincisi, Pasinyanın özunu sulh tərafdarı, Azərbaycanı isə aqressiv tərəf  kimi təqdim etməsi absurd idi. Belə ki, beynəlxalq aləm də bilir ki, işğala məruz qalan məhz Azərbaycandır. BMT və digər beynəlxalq təşkilatların çoxsaylı qətnamələri də bunu sübut edir.

Üçüncüsü, Nikol Paşinyan çıxışında Dağlıq Qarabağ əvəzinə “Artsax” ifadəsini səsləndirirdi. Bu da ermənilərin köhnə siyasətidir, beynəlxalq aləmə “Artsax” kəlməsini sırımağa çalışırlar. Ancaq bu siyasətləri də beynəlxalq aləmdə qəbul edilmir, bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağı ifadəsi keçərlidir. Ona qalsa Artsax sözü də turk mənşəlidir, qədim türk tayfalarından birinin adı ilə baglidir.

Dördüncüsü, Azərbaycan onun ərazisində yasayan butun xalqların huquqlarını tanıdığı kimi Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının da Azərbaycan vətəndaşları kimi hüquqlarını tanımağa hazır olduğunu dəfələrlə bildirib.Azərbaycan coxmillətli və cox-kulturlu olkədir. Bu gun 30 mindən cox erməninin Azərbaycanda yaşaması da bunu sübut edir. Ancaq Ermənistanda ermənilərdən başqa praktiki olaraq hec bir etnos yaşamır.

Beşincisi, Ermənistan bir tərəfdən deyir ki,Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlara getməlidir.O biri tərəfdən isə,bizim ərazilərdə Ermənistan Mudafiə Nazirliyinin tabeliyindəki qoşunlarını yerləşdirir , hətta Nikol Paşinyan öz oğlunu işğal altındakı ərazilərə hərbi xidmətə göndərir. Biz Dağlıq Qarabağdakı vətəndaşlarımızla danışıqlar aparmağa hazırıq. Ancaq əsas şərtimiz dəyişməzdir: Ermənistan bundan əvvəl xarici dəstəkdən istifadə edərək ərazimizə soxdugu hərbi texnikanı və hərbçiləri ərazilərimizdən çıxartmalıdır. Bunu heç Ermənistan hakimiyyəti də artıq gizlətmir ki, Dağlıq Qarabağda Ermənistan vətəndaşları hərbi qulluq keçirlər. Ona görə də münaqişə tərəfləri bəllidir. İşğalçı dövlət qoşunlarını ərazimizdən çıxartmayana qədər biz Dağlıq Qarabağdakı erməni separatçılarının təmsilçiləri ilə müzakirə apara bilmərik.

Altıncısı, Nikol Paşinyan çıxışında Naxçıvanı da xatırlatdı. Bu o deməkdir ki, ermənilərin Naxçıvanda da gözləri var. Yəni imkanları olsaydı işğalçılıq siyasətini genişləndirərdilər. Bu o deməkdir ki, ayıq olmalıyıq, ordumuzun imkanları bundan sonra da artırılmalıdır ki, müxtəlif vəzifələri həyata keçirə bilək.

Beləliklə, Nikol Paşinyan yüksək tribunadan Azərbaycanla sülhə çalışmasından danışmadı, işğalı davam etdirəcəkləerinə işarə etdi. Bu o deməkdir ki, Ermənistanda hakimiyyət dəyişsə də, münaqişənin həllinə baxış dəyişməyib və belə olan halda danışıqlar nəticə verməyəcək. Odur ki, işğalçıya təzyiq etməkdən başqa alternativimiz yoxdur.

 

Mənbə: Moderator.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR