Paşinyan azərbaycanlı girovların ailələrini Ermənistana ziyarətə çağırdı
“Mən ümid edirəm ki, Azərbaycan və Ermənistan sərhədyanı ərazilərdə kənd təsərrüfatı işlərinin görülməsini təmin edə bilər”.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yerli jurnalistlərə açıqlamasında deyib:
“Biz mülki şəxslərə, xüsusən də kənd təssürüfatı işləri görənlərə atəş açılmayacağına təminat verə bilərik. Əgər Azərbaycan da razı olsa, bunu təmin edə bilərik”.
N.Paşinyan həmçinin, Vyana görüşündə humanitar aksiyalar barədə əldə olunmuş razılıq əsasında, əsir və girovları yaxınlarının ziyarət etməsinə şərait yaradıla biləcəyini də əlavə edib.
“Düşünürəm ki, bunun reallaşmasına çox yaxınıq. Amma bizim və Azərbaycan tərəfdən olan əsir və girov ailələrinin buna razı olub-olmayacağını bilmirik. İstisna etmirəm ki, bəzi insanlar siyasi yox, şəxsi motivlərə görə bu addımı atmasınlar. Aydındır ki, bu asan qərar olmayacaq”.
Xatırladaq ki, hazırda Azərbaycan vətəndaşları Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elvin İbrahimov düşmən girovluğundadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət