Slimfit
  1. DÜNYA

Paşinyan Azərbaycan bayrağını yandıran şəxslə bağlı GÖSTƏRİŞ VERDİ

Paşinyan Azərbaycan bayrağını yandıran şəxslə bağlı GÖSTƏRİŞ VERDİ
Sakura

Paşinyan Azərbaycan bayrağını yandıran şəxslə bağlı GÖSTƏRİŞ VERDİ

Ens.az Referans.az-a istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın İctimai televiziyanın stilist studiyasının rəhbəri vəzifəsindən azad olunması barədə göstəriş verib.
Bu barədə erməni KİV məlumat yayıb.

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş stilist Aram Nikolyan tərəfindən nümayişkəranə şəkildə yandırılıb. Bu səbəbdən Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi Ağır Atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması ilə bağlı qərar qəbul edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR