Slimfit
  1. SİYASƏT

Paşinyan Almaniyadan üzüqara dönür: Əliyevin faktları qarşısında mat oldu - TƏHLİL

Paşinyan Almaniyadan üzüqara dönür: Əliyevin faktları qarşısında mat oldu - TƏHLİL
Sakura

Paşinyan Almaniyadan üzüqara dönür: Əliyevin faktları qarşısında mat oldu - TƏHLİL

 Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirildi.

Debatda Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimi legitimliyə mindirmək cəhdi fiaskoya uğradı.

Baş nazir Azərbaycan tərəfinin Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlardan imtina etməsinin guya sülh əldə edilməsi yolunda maneə olduğunu deməklə, növbəti dəfə işğal faktına haqq qazandırmağa cəhd göstərdi.

“Mən birbaşa Azərbaycan xalqına müraciət etməyə çalışdım. Əgər Prezident Əliyev etiraz etmirsə, mən Prezident Əliyevin Ermənistan xalqı ilə danışmasına da etiraz etmirəm. Lakin bizdə çox qəribə bir fakt var. Prezident Əliyev Dağlıq Qarabağın nümayəndələri ilə danışmaqdan imtina edir. Bu, çox qəribə faktdır.

Dağlıq Qarabağın nümayəndələri ilə danışmadan Dağlıq Qarabağ münaqişəsini necə həll etmək mümkündür? Yeri gəlmişkən, Dağlıq Qarabağ ATƏT tərəfindən münaqişə tərəfi, danışıqlar tərəfi kimi tanınıb. Bu, iki dəfə – 1992-ci il martın 24-də və 1994-cü il ATƏT-in Budapeştdəki sammitində baş verib”, - deyə Nikol Paşinyan bildirib.

Nikol Paşinyanın sülh çağırışları etməsi, ardınca isə bunun əksinə gedərək, Azərbaycanı separatçı qurumla danışıqlar masasına dəvət etməsi başdan-ayağa təzad təşkil edir.

Birincisi ona görə ki, debatda İlham Əliyevin də xatırlatdığı kimi, Dağlıq Qarabağdakı qondarma rejim heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmayıb.

Legitimliyinin üstündən xətt çəkilən bir rejim danışıqlarda tərəf kimi necə çıxış edə bilər?! Prezident İlham Əliyev Nikol Paşinyana cavabında da Ermənistan rəhbərləri ilə apardığı danışıqlar təcrübəsindən çıxış edib.

Ölkə başçısı deyib ki, Nikol Paşinyanın iki sələfi aparılan danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar.

“Başqa sözlə desək, onların hamısı status-kvonun dəyişməz olaraq qalmasını istəyiblər. Lakin elə onların da hamısı buna fərqli tərzdə nail olmağa çalışıblar. İndi isə Baş nazir Paşinyanın öz təklifi haqqında danışanda və söyləyəndə ki, həll variantı Azərbaycan xalqı tərəfindən qəbuledilən olmalıdır, mən buna cavab vermişəm. Azərbaycan xalqı üçün nəyin qəbuledilən olduğunu söyləmişəm”,  deyə Prezident söyləyib.

İlham Əliyev daha sonra qeyd edib ki, Baş nazir “Dağlıq Qarabağın özünümüdafiə qüvvələri”ndən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir:

“O, çox yaxşı bilir və mən də bilirəm ki, “Dağlıq Qarabağ ordusu”nun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ Respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan.

ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan.

Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o, tərəf deyil və biz onlarla danışmayacağıq. Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki onlar oradadır, bu, baş verməyəcək. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər”.

Konfliktin həlli istiqamətində aparılan danışıqlarda ən çox müzakirə edilən məsələlərdən biri də Dağlıq Qarabağın statusu ilə bağlıdır. Bu barədə ekspert çevrələrində müxtəlif fikirlər səsləndirilir.

İlham Əliyev debatda Dağlıq Qarabağın statusu haqqındakı məsələyə “nöqtə” qoyaraq, dünya ictimaiyyətinə daha bir mühüm mesaj verib.

O söyləyib ki, ilk növbədə işğal olunmuş ərazilərin bir qisminin azad edilməsi baş verməlidir.

Azərbaycan məcburi köçkünləri həmin ərazilərə qayıtmalıdır, həmin ərazilərdə yenidən köçürülmə olmalıdır və eyni zamanda, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi getməlidir. 

İlham Əliyev bildirib ki, yalnız bu halda Dağlıq Qarabağın statusu hər iki tərəf hazır olanda, sonrakı müzakirəyə qala bilər.

Prezident bir daha Azərbaycanın ərazi bütövlüyünün vacibliyinə toxunub.

Dövlət başçısı qeyd edib ki, ərazilərin azad edilməsi başlamasa, status üzərində razılığa gəlmək mümkün olmayacaq.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, status məsələsi Azərbaycanın ərazi bütövlüyünə müdaxilə etməməlidir. Eyni zamanda, biz həmişə söyləyirik ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda sülh və rahat şəkildə yaşayan çox sayda etnik azlıqlar var”, - deyə İlham Əliyev əlavə edib.

Prezident Ermənistan Baş nazirinin işğalçılıq ritorikasına diplomatik dillə cavab verərək deyib ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunsa, ermənilər milli azlıq kimi Azərbaycanda bütün hüquqlara və imtiyazlara malik olacaqlar.

Bu, Azərbaycan Prezidentinin və dövlətinin sülh mesajlarıdır. Ermənistan isə tarix boyu Azərbaycana və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, 1980-ci illərin sonlarında isə bu, özünün pik həddinə çatıb. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə Xocalıda insan qanına susamış erməni cəlladları soyqırımı törədiblər.

Paşinyan isə tarixi faktları gözardı edərək, mövzunu başqa məcraya yönəltməyə çalışır. Lakin Prezident İlham Əliyev debatda buna imkan vermədi, tarixdən faktlarla zəngin nümunələr gətirməklə, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətindən danışdı.

Düzdür, rəsmi Bakı həmişə bəyan edib ki, sülh tərəfdarıdır, amma bu, heç də o demək deyil ki, işğal altındakı ərazilərlə bağlı status-kvo dəyişməsə, Azərbaycan bununla barışacaq.

Öz ərazilərini işğaldan azad edib ərazi bütövlüyünü təmin etməsi Azərbaycanın hüquqi və mənəvi haqqıdır.

Elə İlham Əliyev də debatda bu mesajı verdi:

“Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir”.

Debatda Ermənistan Baş nazirinin gətirdiyi arqumentlər isə yalnız status-kvonu saxlamağa hesablanmış addımdır.

Üstəlik, Paşinyanın münaqişənin tarixi ilə bağlı istinadları da qüsurlu idi. Məsələn, o, Azərbaycanın keçmiş Şaumyan rayonunun (indiki Goranboy – red.) Dağlıq Qarabağa aid olduğunu deməklə, özünü çətin duruma saldı.

İlham Əliyev dərhal buna “Xeyr. O, Dağlıq Qarabağda deyildi. O, Dağlıq Qarabağda deyildi. Xeyr, xeyr”, - deyə reaksiya verdi.

Ümumilikdə, münaqişənin anatomiyasından və tarixindən məlumatlı olmayan Paşinyan debatdan üzüqara çıxdı.

Aqşin Kərimov

Virtual karabakh
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR