Dərc edildi: Baxış sayı: 429
Paşinyan ABŞ vətəndaşını diaspora idarəsinə rəhbər gətirir...
Moderator.az erməni mediasına istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərinə bitişik Qlendeyl şəhərinin keçmiş meri, indi isə şəhər sovetinin üzvü Zare Sisanyan diaspora ilə iş üzrə baş komissar vəzifəsinə gətirilir. Sisanyan artıq tutduğu vəzifədən 7 iyunda istefa verib.
Xatırladaq ki, Qlendeyl Kaliforniya ştatında 250 mindən çox erməninin yaşadığı bir şəhərdir və demək olar ki, bütün vəzifələrdə ermənilər çalışır.
Rusiyada 1,2 milyon erməni əslli Rusiya vətəndaşı yaşamasına baxmayaraq Paşinyanın ABŞ vətəndaşına üstünlük verməsi Moskvanı qıcıqlandıracaqmı? Əvvəllər də Paşinyanın kadrlarını Kreml “Sorosun uşaqları” kimi təqdim edirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət