Slimfit
  1. DÜNYA

Paşinyan ABŞ-a meydan oxudu: İrəvan imtina etmir

Paşinyan ABŞ-a meydan oxudu: İrəvan imtina etmir
Sakura

Ermənistan İranla Avrasiya İttifaqı arasında etibarlı ticarət əlaqələrinin qurulmasında effektiv platforma…

Ermənistan İranla Avrasiya İttifaqı arasında etibarlı ticarət əlaqələrinin qurulmasında effektiv platforma olmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Avrasiya Həftəsi Forumunda çıxışı zamanı Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.

“Ermənistan Avrasiya İttifaqının İranla quru sərhədi olan yeganə üzvüdür. Meğri azad iqtisadi zonası ticarət əlaqələrinin inkişafı üçün əlavə stimul verir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ABŞ-ın İrəvana İranla ticarət məsələsində heç bir güzəşt tətbiq etməyəcəyini deyib. O, xüsusilə İranla ticarət əlaqələri quran şirkətlərin ABŞ sanksiyalarından yaxalarını qurtara bilməyəcəyini vurğulayıb.

Bir sıra ekspertlər də Boltonun İrəvana səfəri zamanı əsas müzakirə mövzusunun Ermənistanın İranla bağlı mövqeyini öyrənmək olacağını bildiriblər. Məhz bunun əsasında ABŞ hökumətinin Ermənistana yönəlik siyasətini müəyyənləşdirəcəyi açıqlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR