Slimfit
  1. SİYASƏT

Paşayevadan MM-də mühüm təkliflər

Paşayevadan MM-də mühüm təkliflər
Sakura

Paşayevadan MM-də mühüm təkliflər

Bu gün millət vəkili Qənirə Paşayeva Milli Məclisin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş işlər planının müzakirəsi zamanı bir sıra vacib məsələlərə toxunub və təkliflərlə çıxış edib.

Axar.az xəbər verir ki, Q.Paşayeva işğal altında olan ərazilərimizlə bağlı qanun lahiyəsinin qəbulunun vacibliyinə toxunub.

Millət vəkili distant təhsilin genişlənməsinin vacibliyi, bu məsələnin qanunvericilikdə öz əksini geniş tapmasının önəmini vurğulayıb.

Q.Paşayeva tələbələri və onların ailələrini maraqlandıran və narahat edən ən vacib məsələlərən biri olan təhsil kreditlərinin genişləndirilməsi məsələsinin qanunvericilikdə öz əksini tapmasının vacibliyini qeyd edib və bu məsələnin reallaşmasının aktuallığı ilə bağlı fikirlərini bölüşüb.

Millət vəkili bu məsələlərlə yanaşı 2020-ci ilin yaz sessiyası dövründə autizmli uşaqlarla bağlı məsələnin də Milli Məclisin diqqətində olmasının vacibliyini vurğulayıb. Autizmli uşaqların sayının getdikcə artdığını deyən xanım deputat bu ailələrin qanunverici orqandan dəstək gözlədiyini bildirib.

Q.Paşayeva həmçinin bir sıra qəbul olunmuş qanunların və ya onların bir sıra maddələrinin bu günə qədər həyata keçirilməməsinin doğurduğu narahatlıqlar barədə də danışıb. Bildirib ki, həmin qanunların və ya maddələrin işləməsi üçün müvafiq qurumlarla ciddi müzakirələrə ehtiyac var.

“Qanunla qadağan olunsa da bu gün hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı və ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Qanunda öz əksini tapan bu məsələlərin həyata keçirilməsi istiqamətində qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir. Cənab Prezidentin 6-cı çağırış Milli Məclisinin açılışındakı çıxışı, orada verilən önəmli mesajlar hər birimiz üçün örnəkdir və çıxışında qaldırdığı məsələlərə də yaz sessiyası çərçivəsində baxılmalıdır”, - millət vəkili bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR