Paşayeva Fonda buna görə təşəkkür etdi
Koronavirus pendemiyası səbəbindən Tovuzda 1400-dən çox aztəminatlı ailəyə dəstək verən Heydər Əliyev Fonduna və “Regional İnkişaf” İctimai Birliyinə, başda ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla, dərin təşəkkürümü bildirirəm.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Tovuzdan millət vəkili seçilən Qənirə Paşayeva deyib.
O bildirib ki, Heydər Əliyev Fondu koronavirus pandemiyası səbəbindən artıq 200 mindən çox aztəminatlı ailəyə dəstək olub və onlar bu fəaliyyətləri ilə bütün cəmiyyətimiz, hər birimiz üçün gözəl bir xeyirxahlıq örnəyidir:
“Belə anlarda biz daha həmrəy olmalı, çətin durumda olan insanlarımıza yardım etməliyik və bu işdə də Heydər Əliyev Fondu nümunədir. Bu duyğularla çətin vəziyyətə düşən insanlarımıza dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Cənab Prezidentimizin də vurğuladığı kimi, “Biz birlikdə güclüyük”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox