Slimfit
  1. AZƏRBAYCAN

Paşayeva beynəlxalq konfransda

Paşayeva beynəlxalq konfransda
Sakura

Paşayeva beynəlxalq konfransda

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə iki ölkə arasında “Ermənistanın Azərbaycan torpaqlarının işğalı, məskunlaşdırma siyasəti, məhv edilən maddi-mədəniyyət nümunələri” adlı beynəlxalq onlayn konfrans keçirilib.

Ens.az Axar.Az-a istinadən xəbər verir ki, konfrans Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin iştirakı və dəstəyi ilə təşkil olunub.

Konfransda Azərbaycanın millət vəkilləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, Özbəkistanın tanınmış ziyalıları, mədəniyyət xadimləri, jurnalistləri iştirak edərək, məruzələrlə çıxış ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanla Azərbaycan arasında tarixi dostluq, dövlətlərarası yüksək səviyyəli əməkdaşlıq barədə danışıb, rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair aparılan təbliğatı işlər, layihələr, KİV-lərdə mövzunun işıqlandırılması, tədqiqat işlərinə dəstəklə bağlı fikirlərini bölüşüb.

S.Abbasov Türk Şurası çərçivəsində Özbəkistan dövlətinin, habelə ölkənin tanınmış ziyalılarının bu ilin iyul ayında Ermənistanın Tovuz təxribatına qarşı öz etirazlarını bildirməsi, Azərbaycanın haqq işini dəstəkləməsini yüksək qiymətləndirib.

Daha sonra Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək, Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı haqqında danışıb, Özbəkistanın Türk Şurasının üzvü, Azərbaycanla həm tarixi, mədəni, hər bir sahədə qardaş ölkə olduğunu vurğulayıb. Q.Paşayeva erməni işğalının ağır fəsadları və bu haqda dünya xalqlarının məlumatlandırılmasına toxunaraq, Qarabağ həqiqətlərinin yayılması ilə əlaqədar aparılan işlərdən bəhs edib.

O, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, son Tovuz hadisələri zamanı dünyanın müxtəlif ölkələrindən Azərbaycanın haqq işinə dəstək ifadə olunduğunu bildirib, aparılan təbliğatı işlərin öz uğurlu nəticəsini verdiyini qeyd edib.

Q.Paşayeva bəyan edib ki, Azərbaycanda yeni tədris ilində Türk Akademiyası tərəfindən hazırlanan “Ortaq türk tarixi” fənninin tədrisinə başlanacaqdır.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov 30 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət ayırıb, Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, çoxsaylı tarixi abidələr haqqında danışıb. E.Nuriddinov dünyanın müxtəlif muzeylərində bunu təsdiq edən çoxsaylı eksponatların olduğunu qeyd edib. O, region xalqları arasında süni şəkildə yaradılmış münaqişənin Azərbaycan ərazilərinin işğalına səbəb olduğunu, Dağlıq Qarabağ bölgəsinin daim Azərbaycanın qədim və ayrılmaz hissəsi olduğunu söyləyib.

Millət vəkilləri Məşhur Məmmədov, Elnur Allahverdiyev çıxışlarında Azərbaycan-Özbəkistan əməkdaşlığı, təhsil, diaspor, iqtisadiyyat sahəsində münasibətlər haqqında danışaraq, gələcəkdə bu sahədə əlaqələrin daha da dərinləşdirilməsinə dair təkliflərini veriblər.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid, tanınmış özbək alimlər Karim Baxriyev, Gülbahar Aşurova, Gülnaz Sattarova çıxış edərək Azərbaycan-Özbəkistan arasında tarixi dostluq münasibətləri, Türk Şurası çərçivəsində əməkdaşlıq, Azərbaycanın haqq işinə Özbəkistan tərəfindən göstərilən dəstək, habelə konfrans çərçivəsində təqdimatı edilən Qənirə Paşayevanın özbək dilində çap olunmuş “İtirdiyim xoşbəxtlik” adlı kitab barədə məruzələr və çıxışlar ediblər.

Konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin rəhbəri, şairə Qənirə Paşayevanın “İtirdiyim xoşbəxtlik” (“Qarabağ hekayələri” silsiləsindən) özbəkcə nəşr olunmuş kitabının təqdimatı da keçirilib.
Qeyd edək ki, “Qarabağ hekayələri” adı ilə işıq üzü görən yeni nəşrdə yer alan hekayələri özbəkcəyə istedadlı gənc şair-tərcüməçi, Şahistə Artukova (Kamranlı) uyğunlaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR