Dərc edildi: Baxış sayı: 465
Paşayeva 2 günə 42 seçicisi ilə bu cür görüşdü
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 2 gün ərzində Tovuz rayon 105 saylı seçki dairəsindən olan 42 nəfər seçicisi ilə onlayn şəkildə görüntülü əlaqə saxlayıb.
Bu barədə Axar.az-a millət vəkilinin köməkçisi məlumat verib.
Bu görüşlərdə Paşayeva seçicilərin müraciətlərini, qayğılarını dinləyib və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Müraciətlərin böyük bir hissəsi öz müsbət həllini tapıb. Bəzi müraciətlər ilə bağlı isə millət vəkili adından müvafiq qurumlara rəsmi müraciətlər göndəriləcəyi bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət