Slimfit
  1. İQTİSADİYYAT

'PAŞA Holdinq'in şirkəti 'Qəbələ Qızıl Balıqartırma Zavodu'nu özəlləşdirib

'PAŞA Holdinq'in şirkəti 'Qəbələ Qızıl Balıqartırma Zavodu'nu özəlləşdirib
Sakura

'PAŞA Holdinq'in şirkəti 'Qəbələ Qızıl Balıqartırma Zavodu'nu özəlləşdirib

"PAŞA Holdinq" MMC-yə daxil olan "Azerbaijan Fish Farm" MMC “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. 

Bu barədə "Report"a Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, qalib şirkət dövlət büdcəsinə 1,2 milyon manat ödəmək, eləcə də ümumi dəyəri 1,1 milyon manat olan İnvestisiya Proqramı icra etmək, müəssisənin əmək haqqı və sosial sığorta borclarını ödəmək, digər sosial-iqtisadi və ekoloji öhdəlikləri yerinə yetirimək barədə öhdəlik götürüb. 

İnvestisiya Proqramına əsasən səhmdar cəmiyyətində hovuz və nohurların yenidən qurulması, əlavə nohurların inşası, su təchizatı sisteminin bərpası, yeni avadanlıqların alınması nəzərdə tutulub. O cümlədən, investisiyalar dövriyyə vəsaitlərinin artırılması, bütün tikili və qurğuların, inzibati binanın əsaslı təmiri, abadlıq və digər işlərin görülməsinə cəlb ediləcək.

Müəssisəyə investisiyaların 2 il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır. Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növdə balıqların yetişdirilməsinə şərait yaratmaqla yanaşı, yeyinti sənayesinin inkişafına və əhalinin bu məhsullara olan tələbatının ödənilməsinə xidmət edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR