Slimfit
  1. KOSMOS

Partlaması an məsələsidir: Yer kürəsində bütün radioəlaqələr itəcək, astronavtlar...

Partlaması an məsələsidir: Yer kürəsində bütün radioəlaqələr itəcək, astronavtlar...
Sakura

Partlaması an məsələsidir: Yer kürəsində bütün radioəlaqələr itəcək, astronavtlar...

Amerikalı astronom Martin Uays Günəşdə müşahidə edilən və Mars planeti böyüklüyündə olan bir ləkənin Yer kürəsinə doğru çevrildiyini aşkarlayıb.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər AR2770 adı verilən ləkənin getdikcə böyüdüyü və qarşıdakı bir neçə gün ərzində Yerdəki radioəlaqəyə, GPS və elektromaqnit sistemlərə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edir.

“Space Weather”in hesabatına görə, AR2770 Yerin atmosferinə kiçik ionlaşma dalğaları göndərir. Bununla birlikdə ləkənin miqyası genişlənir və qarşıdakı günlərdə Günəş partlayışları ehtimalını özündə ehtiva edir.

Günəş ləkəsi 11 illik yeni elektromaqnit aktivlik dövrü olan “Günəş Tsikli 25”in bir parçasıdır və hazırda üzərində kiçik partlayışlar meydana gəlir.

NASA-nın məlumatına görə, Günəşdə partlayışlar üzərindəki ləkələrin ətrafında maqnit xətlərinin fırlanması, kəsilməsi və ya yenidən nizamlanmasından qaynaqlanan enerji boşalması nəticəsində əmələ gəlir. Ardınca Günəşdən gələn bütün yüksək enerjili hissəciklər Yerin atmosferinə girəndə maqnit qütbləri üzərində avrora adlanan işıq hadisələri yaradır. Bu əsnada radioəlaqədə çatışmazlıqlar, peyklərin elektrik axınında zərər, elektrik nəqlində çatışmazlıqlar və hətta şəhər elektriklərində problem əmələ gəlir.

Digər tərəfdən, bu partlayışlar orbitdəki peyk və astronavtlar üçün olduqca böyük risk təşkil edir. Kosmik dalğaların şiddəti xüsusi hava balonları ilə ölçülür. Dalğalar Yerin atmosferinə təmas edəndə bu balonlar sayəsində tezliklərin miqyası da ölçülür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR