Dərc edildi: Baxış sayı: 480
Parlamentin sabahkı iclasına bəzi deputatlar qatılmayacaq
Milli Məclisin sabah – aprelin 9-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək.
“Report”un əldə etdiyi məlumata görə, parlamentin sabahkı iclasına yaşı 65-dən yuxarı olan deputatlar qatılmayacaq.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Report”a bildirib ki, yaşı 65-dən yuxarı olan deputatlar Azərbaycanda tətbiq olunan karantin rejiminin tələblərinə əməl edəcəklər:
“Bu baxımdan mən və yaşı 65-dən çox olan digər həmkarlarım sabahkı iclasda iştirak etməyəcəyik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət