Dərc edildi: Baxış sayı: 318
Parlamentin iclasında Tovuz döyüşlərində şəhid olan hərbçilər bir dəqiqəlik sükutla yad edildi
Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, spiker Sahibə Qafarova iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribatları zamanı şəhid olan hərbçilərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edib.
Onun təklifi qəbul olunub.
Qeyd edək ki, Tovuz döyüşlərində Azərbaycanın 12 hərbçisi şəhid olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət