Slimfit
  1. DÜNYA

Parlamentdə qadın deputata qulaq asmadılar, o da ağladı

Parlamentdə qadın deputata qulaq asmadılar, o da ağladı
Sakura

Parlamentdə qadın deputata qulaq asmadılar, o da ağladı

Ukrayna Ali Radasının “Sluqa naroda” partiyasından olan deputatı Anna Skorohod parlamentdə çıxışı zamanı göz yaşlarına hakim ola bilməyib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, buna səbəb plenar iclasda həmkarlarının onun qaz ötürmə sisteminin ayrılması (aktivlərin ayrılması) haqqında qanun layihəsinə təklif etdiyi dəyişiklikləri nəzərdən keçirməmələri olub.

“Bilirsiniz, məndə belə bir hiss var ki, burada mənə qarşı nəsə  bir növ istehza var. Dünən komitədə bir növ razılığa gəldik. Bu gün bütün mətni yenidən oxuduğum zaman bu razılaşmalara əməl edilmir. Bu nə münasibətdir belə?, - Skorohod titrəyən səslə deyib.

Bu zaman spiker Dmitri Razumkov qadın millət vəkilini sakitləşdirməyə çalışaraq ondan deputatların laqeyd yanaşdığı düzəlişlərin adını çəkməyi xahiş edib. Bundan sonra zalda olan digər parlamentarilər emosional davranan Skorohoda rus-dilində bunun üçün ağlamağa dəymədiyini, onun hələ uşaqlar dünyaya gətirməli olduqlarını bildiriblər. 

Sonda deputatlar səsverməyə düzəliş ediblər, lakin layihəni dəstəkləyən olmayıb.

Qeyd edək ki, 2239-1 saylı Qanunun özü təsdiqlənib, 341 millət vəkili lehinə səs verib. Sənəddə ölkədə müstəqil qaz ötürmə sistemi operatoru yaratmaq üçün zəruri olan dəyişikliklər var.

Bu qanun Ukrayna ərazisindəki qaz tranziti ilə bağlı vəziyyətə birbaşa təsir edir, çünki mavi yanacağın Ukraynanın qaz ötürmə sistemi (GTS) ilə daşınması müqaviləsini uzadacaq. Ölkədə müstəqil bir operator meydana gəldikdə, “Qazprom” qısa və orta müddətli tədarük üçün öz imkanlarını satın ala biləcək. Moskva artıq bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR