Slimfit
  1. AVTO VƏ MOTO

Parklanmadan toplanan pul bu sahələrə xərclənəcək - SİYAHI

Parklanmadan toplanan pul bu sahələrə xərclənəcək - SİYAHI
Sakura

Parklanmadan toplanan pul bu sahələrə xərclənəcək - SİYAHI

Parklanmadan toplanan vəsaitin xərclənəcəyi istiqamətlər məlum olub.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə məlumat "Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası"nda əks olunub.

Nazirlik və Agentlik tərəfindən vəsaitdən aşağıdakı istiqamətlər üzrə istifadə olunur:

parklanma yerlərinin idarə olunması və saxlanılması (kommunal, mühafizə, təsərrüfat və rabitə xərcləri);

parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, maddi və qeyri-maddi aktivlərin, o cümlədən parkomatların, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin alınması və onların yararlı vəziyyətdə saxlanılması;

parklanma ilə əlaqədar tətbiqlərin yaradılması və onların saxlanılması;

parklanma ilə bağlı maarifləndirmə və təbliğat işləri;

nəqliyyat vasitələrinin saxlanılması üçün balanslarında olan qaraj və duracaqların idarə olunması və saxlanılması;

yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiq edilməsi;

parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülməsi üçün zəruri texniki vasitələrin alınması, parklanma qaydalarını pozmuş şəxslərə inzibati xəta haqqında iş üzrə materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsi;

işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR