Slimfit
  1. CƏMİYYƏT

Parkinq “mafiyası” hücuma keçdi: AzParking əməkdaşları döyüldü

Parkinq “mafiyası” hücuma keçdi: AzParking əməkdaşları döyüldü
Sakura

Parkinq “mafiyası” hücuma keçdi: AzParking əməkdaşları döyüldü

Bu gündən etibarən Bakı şəhəri üzrə parklanma qaydalarında yeniliklər tətbiq olunub. Belə ki, artıq vətəndaşlar AzParking mobil tətbiqindən istifadə etməklə parklama üçün online şəkildə ödənişlər edəcəklər. Lakin elə ilk gündən problemlər ortaya çıxıb.

 

Ens.az Avtosfer.az-a istinadən xəbər verir ki, ekspert Elməddin Muradlı sosial şəbəkə hesabında bu barədə məlumat verib. Ekspert bildirib ki, illərdir qanunsuz olaraq parklanma üçün ödənişlər alan "mafiya" bu gün bir neçə yerdə AzParking əməkdaşlarına hücum edib və onları döyüblər. Belə ki, əlillər və qazilərin adından istifadə edən bu şəxslər əməlli-başlı quldurluq edir. Hesablamalara görə aylıq ən azı 1 milyon manatdan çox gəlir əldə edən bu şəxslər yeni sistemə qarşı çıxaraq qanunsuz yollarla qazandıqları pulları itirmək istəmir. Ən maraqlısı isə bu işdə əlillər və qazilərin adından sui-istifadə hallarıdır. Polis bu şəxslərə qarşı mübarizə aparanda belə əlavə problemlər çıxır. Xüsusi "Whatsapp" qrupu vasitəsilə əlil və qazilər döyüş yoldaşlarının problemi olduğunu və yığışmaq "əmri" verilir. Heç nədən xəbəri olmayan qazilər isə bu işdə alət olduqlarının fərqinə varmırlar.

 

Ekspert bildirib ki, bu şəxslərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməlidir. Çünki hər ay dövlət büdcəsindən kənar pullar şəxsi cidəblərə gedir.

 

Yeni sistem isə şəffaflığı təmin etmək üçün yaradılıb. Odur ki, vətəndaşlar nağd olaraq kimlərəsə pul verməməli və bu şəxslərə qarşı mübarizədə aktiv iştirak etməlidir.

 

Ətraflı olaraq videomaterialda:

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR