Slimfit
  1. AZƏRBAYCANLI

Parisin məşhur rəsm qalereyasında azərbaycanlı rəssamın sərgisi açılıb

Parisin məşhur rəsm qalereyasında azərbaycanlı rəssamın sərgisi açılıb
Sakura

Parisin məşhur rəsm qalereyasında azərbaycanlı rəssamın sərgisi açılıb

 Azərbaycanlı rəssam Niyaz Nəcəfovun əl işlərindən ibarət “Vulkanik “ adlı fərdi sərgisi Parisin məşhur Schwab Beaubourg qalereyasında sərgilənməyə başlayıb.

"Schzab Beaubourg" qalereyasının direktoru Edouard Schwab “Report“un Qərbi Avropa bürosuna bildirib ki, N.Nəcəfovun əsərləri özünün istər rəng çalarlarının uğurlu harmoniyasından irəli gələn estetik gözəlliyi, istərsə də dərin mənaya malik mövzusu baxımından peşəkarlığı ilə seçilir və gənc rəssam daha artıq uğurlara imza atacaq böyük perspektivlər vəd edir.

N.Nəcəfov əl işlərində rənglərin dili ilə insanların keçirdikləri qorxu, həyəcan, narahatlıq kimi hissləri kətan üzərinə böyük peşəkarlıqla köçürməyə nail olub.

Uzun illərdir Fransada yaşayan azərbaycanlı rəssamın əl işlərinin ilk dəfə beynəlxalq arenaya gəlişi 2009-cu ildə İtaliyanın Venesiya şəhərində keçirilən sərgidə iştirakı ilə başlayıb. Bu gün rəssamın əsərləri dünyanın 8 ölkəsində tanınır.

Sərgi fevralın 23-dək davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR