Dərc edildi: Baxış sayı: 548
Parisin məşhur muzeyində Azərbaycan musiqisi səsləndirilib
Pianoçu Səidə Zülfüqarova Parisin məşhur "Ke Branli - Jak Şirak" (Quai Branly - Jacques Chirac) muzeyində Azərbaycan musiqisi ifa edib.
"Report"un Fransa bürosu xəbər verir ki, Tofiq Quliyev, Qara Qarayev və digər azərbaycanlı və xarici bəsətəkarların əsərlərindən ibarət olan konsert proqramı klassik musiqi həvəskarlarının böyük alqışları ilə qarşılanıb.
Azərbaycanlı pianoçu digər tanınmış musiqiçilərlə bərabər muzey tərəfindən "Okeaniya günləri"də çıxış etmək üçün dəvət alıb. Üç gün davam edən tədbirdə minlərlə fransalı və xarici turist iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət