Dərc edildi: Baxış sayı: 371
Fransanın paytaxtı Parisin mərkəzi ayda bir dəfə avtonəqliyyat üçün bağlı olacaq
Fransanın paytaxtı Parisin mərkəzi ayda bir dəfə avtonəqliyyat üçün bağlı olacaq.
Trend-in məlumatına görə, şəhərin meriyası mərkəzi küçələrin avtonəqliyyat üçün bağlı olması üzrə eksperiment keçirib və şəhər sakinləri bu təşəbbüsü dəstəkləyib.
Beləliklə, oktyabrın 7-dən başlayaraq şəhərin mərkəzi küçələri hər ayın ilk bazar günü avtonəqliyyat üçün bağlı olacaq.
Avtonəqliyyatın hərəkəti Site və Sen-Lui adalarında, Şatle meydanında, Luvr, Opera Qarnye rayonlarında, Mare və Yelisey çölləri məhəllələrində dayandırılacaq. Lakin bir neçə mərkəzi yollarda avtomobillər hərəkət edə biləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət