Slimfit
  1. AZƏRBAYCAN

Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi çərçivəsində simpozium keçirilir

Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi çərçivəsində simpozium keçirilir
Sakura

Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi çərçivəsində simpozium keçirilir

Fransanın paytaxtı Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyi çərçivəsində “İnsan kapıtalının inkişaf etdirilməsi, daha gözəl gələcəyin qurulması“ mövzusunda simpozium işə başlayıb.

“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri ilə yanaşı, dövlət və hökumət rəsmiləri də iştirak edirlər.

Simpoziumda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, təhsil naziri Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Beynəlxalq Sərgilər Bürosunun (BSB) baş katibi Visente Lossertale və digər şəxslər çıxış edəcəklər. 

Tədbirdə “İstedad, təhsilin gələcəyi“, “Nailiyyətlər, əməyin gələcək növləri“, “Gümrahlıq, gələcək sağlamlığımızın əsas amili kimi“ və digər mövzular üzrə məruzələr dinləniləcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR