Slimfit
  1. SİYASƏT

Paris-İrəvan cütlüyü - erməni sevgisi Fransanı obyektiv davranmağa qoymur

Paris-İrəvan cütlüyü - erməni sevgisi Fransanı obyektiv davranmağa qoymur
Sakura

Paris-İrəvan cütlüyü - erməni sevgisi Fransanı obyektiv davranmağa qoymur

Fransa hökuməti yenə tərəfsiz görünə bilməyib. Rəsmi Paris aprelin 11-də Ermənistanın Azərbaycanla sərhədyanı bölgədə törətdiyi təxribatı obyektiv qiymətləndirə bilməyib.

Deməli, Fransa Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məntiqsiz açıqlama yayıb: “Ermənistanın ərazi bütövlüyünə hörmət və Azərbaycan qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfdəki mövqelərindən çıxarılması gələcək insidentlərin qarşısının alınması, regionda davamlı sülhün əsaslarının qorunub saxlanılması üçün vacibdir”. Bunun ardınca XİN iki ölkə arasında sərhədin delimitasiyasının müstəsna olaraq danışıqlar yolu ilə həyata keçirilməli olduğunu xatırladaraq tərəfləri bu istiqamətdə səylərini davam etdirməyə çağırıb.

Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Belə şəraitdə Ermənistanın ərazi bütövlüyü kimi ifadəsinin işlədilməsi gülünc və tərəfli mövqedən, məntiqsizlikdən xəbər verir. Əslində, reallıqda, de-yure hadisə baş verən ərazi Azərbaycan torpaqlarıdır.

Fransa Ermənistanla şərti sərhəd bölgəsində yerləşdirilən Avropa İttifaqının mülki monitorinq missiyasının fəaliyyətini də tərifləməyə cəhd göstərib. Bu müşahidə missiyası rəsmi İrəvanın istəyi ilə Fransanın təşəbbüsü ilə formalaşdırılıb. Fransa monitorinq missiyasının “töhfə verdiyi”ndən bəhs edib. Ancaq missiyanın müşahidəçiləri bildiriblər ki, hadisə zamanı onlar ərazidə olmayıblar və məlumatı Ermənistan hökumətindən alıblar. Elə Fransa XİN bu yerdə özünü ifşa edir. Fransanın güvəndiyi missiya informasiyanı bir tərəfdən aldığı üçün nazirliyin açıqlaması da obyektiv sayıla bilməz. Çünki bu, bir dövlətin, yaxud bir siyasi qüvvənin deyil, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatın təmsilçisidir. Onun təşkilatla bağlı açıqlaması yalnız Fransanın deyil, həm də Aİ-yə üzv olan daha 27 ölkənin adından sayılır.

Məlum olur ki, XİN Avropa İttifaqı missiyasının Ermənistandakı fəaliyyətindən xəbərsizdir. İndiyədək bu qurumun apardığı monitorinqin nəticəsi barədə KİV-də bir cümləlik informasiya belə yayılmayıb. O, özünü aprelin 11-də baş verən erməni təxribatında göstərə bilərdi. Hadisə yerində olmamaqla əsl üzünü göstərib. Yarım saatadək davam edən atışma yerinə çata bilməyən missiya sərhədyanı bölgədə nəyi müşahidə edir? Məlumatı rəsmi İrəvandan almaqla monitorinqçilər Fransa və Ermənistanın əlində oyuncaq olduqlarını təsdiqləyirlər. Bu missiya rəsmi İrəvanın və Parisin regionda törətdikləri pozuculuğa beynəlxalq səviyyədə don geyindirmək üçündür. Fransa və Ermənistan bununla guya regionda Avropa İttifaqı kimi nüfuzlu bir qurumun müşahidəçilərinin də olduğunu dünyaya sırımağa çalışır. Ancaq təəssüf ki, bu missiya İttifaqın irəli sürdüyü və mübarizə apardığı ideyalara zərbə vurur, ona bölgədə inamı azaldır. İttifaq adından fəaliyyət göstərən missiya Ermənistanın təxribatlar törətməsinə şərait yaradır. Habelə monitorinqçilər bu ölkənin təcavüzkar siyasətini həyata keçirməsinə yardım edirlər.

Yeri gəlmişkən, 2023-cü il fevralın 20-dən fəaliyyət göstərən Aİ missiyasının operativ qərargahı Dərələyəz mahalının Keşişkənd rayonunda (ermənilər belə adlandırırlar - Vayots Dzor vilayətinin mərkəzi Yeğeqnadzor rayonu) yerləşir. Missiyanın məqsədi Aİ-nin dəstəyi ilə Ermənistanın sərhədyanı rayonlarında vəziyyəti sabitləşdirmək, münaqişədən zərər çəkmiş ərazilərdə insanların etimadını artırıb təhlükəsizliyi gücləndirmək və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaqdır.

Ermənistanın sərhədyanı bölgədə törətdiyi təxribat sübut edir ki, Aİ-nin müşahidə missiyası mandatına uyğun fəaliyyət göstərmir. Missiya və sponsoru Fransa normallaşmaya deyil, qarşıdurmaya şərait yaradır. Odur ki, Yelisey sarayının diplomatiya idarəsi açıqlaması ilə Ermənistanın fəaliyyətinə münasibət bildirmədən yalnız Azərbaycana ismarışlar göndərir. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə, elə indi də Fransa Azərbaycanın ərazi bütövlüyündən heç vaxt bəhs etməyib. Əksinə, bu ölkənin Senatı Azərbaycanın ərazi bütövlüyünə qəsdi dəstəkləyib. Ermənistanın ərazi bütövlüyünün qayğısını çəkən rəsmi Paris Afrikada neokolonializm siyasəti yürüdüb, regionda terrorçu fəaliyyəti dəstəkləyir. Fransa Cibuti, Qabon, Kot d-İvuar, Çad, Burkina Faso, Malidə qoşun saxlamaqla həmin dövlətlərin daxili işinə müdaxilə edir. Onların ərazi bütövlüyünə problem yaradır.

Fransa burnunu Qara dəniz, Cənubi Qafqaz, habelə keçmiş sovet məkanlarına soxmaqla özünü ifşa edir. Halbuki bu ölkənin sosial sahədə çoxsaylı problemləri var. Parisin zibilliyə qərq olması isə Yeliseyin Fransa hökumətinin “pintiliyi”nin göstəricisidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR