Slimfit
  1. SİYASƏT

Paris Azərbaycan Evi Ermənistanın təxribatını pisləyib

Paris Azərbaycan Evi Ermənistanın təxribatını pisləyib
Sakura

Paris Azərbaycan Evi Ermənistanın təxribatını pisləyib

Paris Azərbaycan Evi Fransa mətbuatına müraciət ünvanlayıb.

Report”un yerli bürosu xəbər verir ki, müraciətdə Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatını qətiyyətlə pislənilib: “İyulun 12-də Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə məkrli şəkildə hücum edib. Nəticədə onlarla hərbi qulluqçu şəhid olub və yaralanıb. Eyni zamanda Tovuz rayonunun Ağdam kəndində yaşayan 76 yaşlı Əziz Əzizov iyulun 14-də Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində həlak olub”.

Təşkilat həmçinin Ermənistanı özünün başlatdığı və Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnən münaqişənin qurbanı kimi təqdim etməməyə, Dağlıq Qarabağın işğalına son qoymağa çağırıb: ”Paris Azərbaycan Evinin üzvləri Dağlıq Qarabağın Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində baş verən bu növbəti qarşıdurmanın çoxsaylı qurbanlarının ailələrinə başsağlığı verir. Təşkilat ATƏT-in Minsk Qrupu üzvlərinin münaqişənin həlli istiqamətindəki uzun illərdir nəticəsiz fəaliyyətindən  təəssüflənir. Ümid edirik ki, dövlətlər ən qısa müddətdə reaksiya verəcək və Ermənistanı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə (822, 854, 874 və 884) riayət etməyiə məcbur edəcəklər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR