Slimfit
  1. AZƏRBAYCAN

Paris “Art Shopping”in direktoru: "Azərbaycanlı rəssamların əl işlərini çox yüksək qiymətləndirirəm"

Paris “Art Shopping”in direktoru: "Azərbaycanlı rəssamların əl işlərini çox yüksək qiymətləndirirəm"
Sakura

Paris “Art Shopping”in direktoru: "Azərbaycanlı rəssamların əl işlərini çox yüksək qiymətləndirirəm"

Parisin Luvr muzeyinin Karusel salonunda keçirilən “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi başa çatıb. Sərgidə peşəkar rəssamlarımızdan Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli, həmçinin bir sıra gənc və istedadlı rəssamlarımızın əl işləri nümayiş olunub.

Paris “Art Shopping”in direktoru Stefan de Boysson “Report”un Fransa bürosuna açıqlamasında bildirib ki, azərbaycanlı rəssamların əl işləri bu dəfə də böyük maraqla qarşılanıb və buna səbəb onların multikulturalizm fonunda işlənmələridir.

“İlk dəfə bizim sərgimizdə Məryəm Ələkbərlinin əsərləri nümayiş etdirilib və bu əsrarəngiz rəsm əsərləri hər dəfə böyük maraqla qarşılanıb. Azərbaycanın istedadlı rəssamlarından olan Əsmər Nərimanbəyovanın əsərləri füsunkarlığı ilə seçilir. Azərbaycanlı rəssamların əsərlərinin rəsm həvəskarları və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilməsinə səbəb onlarda multikulturalizm dəyərlərinin əks olunmasıdır. Bu əl işlərində müxtəlif mədəniyyətləri - Avropa, Asiya və Yaxın Şərq mədəniyyətlərinin təsiri hiss olunur ki, bu da onları mövzu və stil baxımından daha rəngarəng və zəngin edir. Avropadan daha çox İtaliya və slavyan mədəniyyətlərinə məxsus çalarlara rast gəlinir. Mən Azərbaycan incəsənəti üzrə mütəxəssis olmasam da, multikulturalizmi təkcə azərbaycanlı rəssamların əl işlərində deyil, Azərbaycan arxitekturasında, parçalarında və incəsənətinin digər növlərində də müşahidə etmişəm”, - deyə o bildirib.

Azərbaycanla əməkdaşlığa toxunan direktor yeni əməkdaşlıq perspektivlərinə açıq olduğunu və buna çox can atdığını bildirib.

“Azərbaycanda cəmi bir dəfə olsam da, mənə çox doğmadır və sizin ölkənizi çox sevirəm. Ümid edirəm ki, Azərbaycan ilə əməkdaşlığımız daha da möhkəmlənəcək. Mən Azərbaycanda müasir incəsənət muzeyində olmuşam və orada toplanan azərbaycanlı rəssamların əl işlərini çox yüksək qiymətləndirirəm. O, rəssamların bizim bu beynəlxalq sərgimizdə iştiraklarında çox maraqlıyam. Bundan əlavə “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisinin Bakı filialını yaratmağı arzu edirəm”, - deyə o bildirib.

Mənbə: Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR