Dərc edildi: Baxış sayı: 245
Paris-2024: Bu gün Azərbaycanın bir idmançısı çıxış edəcək
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın bir idmançısı çıxış edəcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki, paraalimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda gücünü sınayacaq.
Bu kateqoriya üzrə təsnifat mərhələsi saat 13.04-də, final mərhələsi isə 21:00-da başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət