Parça maskalardan istifadəyə dair tələblər açıqlanıb
Ev şəraitində hazırlanmış, təkrar istifadə oluna bilən və beləliklə, daha qənaətli parça maskalardan istifadə etməklə, virusun yayılma sürətinin qarşısını ala bilərik.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Parça maskadan istifadə qaydalarına dair tələblər aşağıdakılardır:
- Sıx və bir neçə qat parçadan olmalı, üzdə rahat oturmalıdır;
- İplə başın arxasında bağlamaqla və ya rezin halqaları qulağın üstündən keçirməklə bərkitmək lazımdır;
- Rahat nəfəs almağa imkan verməlidir;
-Zədələnmədən və forması dəyişilmədən əllə və ya maşında yuyulub ütülənməlidir.
Parça maskadan istifadə zamanı istifadə ilə bağlı nələri bilməliyik:
- 2 metrlik sosial məsafəni təmin etməklə yanaşı, maskadan istifadə edilməlidir;
- Parça maskaların çıxarılması zamanı əl ilə gözə, buruna və ağıza toxunmamalı və maskanı çıxardıqdan dərhal sonra əllər sabunla yuyulmalıdır;
- Həkim və tibb işçilərinin N-95 və digər tibbi maskalara artan ehtiyacı nəzərə alaraq digər insanlara parça maskalardan istifadədə üstünlük verilməsi məsləhət görülür;
- Parça maskaları 6 yaşdan az uşaqlar, nəfəs almaqda çətinlik çəkənlər, huşunu istirmiş, halsız və kömək olmadan maskanı çıxara bilməyən adamların taxmaları məsləhət deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət