Slimfit
  1. ELM

Parazit qurdlarının törətdiyi infeksiyaya qarşı genetik araşdırmalar aparılır

Parazit qurdlarının törətdiyi infeksiyaya qarşı genetik araşdırmalar aparılır
Sakura

Parazit qurdlarının törətdiyi infeksiyaya qarşı genetik araşdırmalar aparılır

İnsan orqanizminə daxil olduqdan sonra immun sisteminə mənfi təsir göstərən və infeksion xəstəliklərə səbəb olan parazit qurdlarının genetik quruluşu öyrənilir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, amerikan və ingilis alimlərinin apardığı geniş tədqiqatlar nəticəsində məlum olub ki, bir sıra ölkələrin iqlim şəraitində parazit qurdları tropik xəstəliklərə - milyonlarla insanın məruz qaldığı görmə qabiliyyətinin itirilməsi və onurğa sütunu disproporsiyasına səbəb olur.

Vaşinqton Universitetinin McDonell Genetika İnstitutunun əməkdaşı Makedonka Mitrevanın Britaniyanın Edinburq Universitetindən olan həmkarları ilə birgə apardığı tədqiqatlar göstərib ki, insan bədəninə daxil olan parazit qurdları milyonlarla il ərzində immun sistemimizə uyğunlaşaraq təkamül prosesi keçiblər. Onun sözlərinə görə, genetik araşdırmaların məqsədi həmin qurdların yaratdığı xəstəliklərin qarşısını almaqdır. Belə ki, parazit qurdu infeksiyası uzun illər davam edir və orqanizmdə müxtəlif xəstəliklərə, xüsusən uşaqlarda inkişafın pozulmasına səbəb olurlar.

Müasir tibb elmi parazit qurdları ilə mübarizədə “Sanofi”, “GSK” və “Jonson&Jonson” firmalarının dərmanlarından istifadə etməyi tövsiyə edir. Lakin bu preparatların təsiri güclü deyil və istehsalı da məhduddur. Yeni tədqiqatların əsas məqsədi də parazit qurdlarının 81 növünün genetik strukturunun öyrənilməsi və onların bədənə daxil olmasının qarşısının alınmasıdır. Artıq laboratoriya şəraitində bu qurdların əvvəllər rast gəlinməyən milyondan çox genləri aşkar olunub. Bu genetik yeniliklər isə infeksiyaya qarşı daha təsirli preparatların hazırlanmasına kömək edəcək.

Edinburq Universitetinin professoru Avril Koqlan bildirib ki, parazit qurdlarına qarşı hazırda istifadə olunan preparatlardan daha fərqli tərkibi olan yeni dərmanlar hazırlanır və yaxın gələcəkdə heyvanlar üzərində sınaqdan keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR