Dərc edildi: Baxış sayı: 382
Paraqvay çempionatında 14 yaşlı futbolçu qol vurub
Paraqvay çempionatının XVII turunda ölkənin ən yaxşı iki komandası hesab olunan "Olimpiya" və "Serro Porteno" arasındakı matçda maraqlı hadisə yaşanıb.
"Report" xəbər verir ki, "Serro Porteno"nun heyətində 14 yaşlı futbolçu Fernando Ovelar qol vurub. Paraqvaylı futbolçu 6 yanvar 2004-cü ildə dünyaya gəlib.
Komandasının heyətində 2-ci rəsmi matçına çıxan hücumçu oktyabrın 29-da "3 Fevral" klubuna qarşı debüt edib və 60 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Olimpiya" - "Serro Porteno" görüşü heç-heçə başa ilə yekunlaşıb - 2:2.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət