Paralimpiya ikincisi olan üzgüçü: Azərbaycanı növbəti yarışlarda da layiqincə təmsil etməyə çalışacağam
“Paralimpiya Oyunlarında 5-ci dəfə fəxri kürsüyə yüksəldim”.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda gümüş medal qazanan Azərbaycan paraüzgüçüsü Raman Saley deyib.
İdmançı qarşıda onu daha 3 üzmə üsulunda mübarizənin gözlədiyini bildirib: “Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam. Bunun üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Raman Saley Paris Paralimpiadasında daha 3 kateqoriyada çıxış edəcək. İdmançımız sentyabrın 2-də S13 kateqoriyasında 50, sentyabrın 4-də S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst, sentyabrın 7-də isə S12 kateqoriyasında 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmə yarışında mübarizə aparacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət