Slimfit
  1. MƏDƏNİYYƏT

Pantomima Teatrında yeni tamaşa təqdim edilib

Pantomima Teatrında yeni tamaşa təqdim edilib
Sakura

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni tamaşa- “d`Dorian” (musiqi ladlarından biri) təqdim…

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni tamaşa- “d`Dorian” (musiqi ladlarından biri) təqdim olunub.

Teatrdan SİA bildirilib ki, teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin “d Dorian” adlandırdığı səhnə əsərinin quruluşçu rejissorları Əməkdar artist Nargilə Qəribova və Vüsal Rzasoy, , şeirlərin müəllifləri Əməkdar incəsənət xadimi Rəhman Əlizadə, N.Qəribova, V.Rzasoydur.

Sevgi mövzusuna həsr edilən səhnə əsərinin məğzi belədir: Onlar bir-birini görüblər, tanış olub daha da bəyəniblər, vurulublar və seviblər... Amma kişi-qadın münasibətlərinin böhran dövrünü keçə bilməyiblər. Bunda kişinin yaradıcı insan - musiqiçi olması da əlavə əngəl törədib - yaradıcı böhran şəxsi böhrana qarışıb... Və budur... Payız fəsli, şəhərin küçələrindən biri, küçə musiqiçisi olan gözü qara eynəkli, əynində nimdaş plaş, üzünü-başını saç-saqqal basmış gitaraçı. Gənc qadın yol ötərkən ayaq saxlayır, geri dönüb onun qarşısına əsginas atır. Sonra nəzərini gitaraçının ətrafına səpələnmiş kağız qırıntıları cəlb edir.

Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR