Dərc edildi: Baxış sayı: 1030
Pantomima Teatrında “Qoca və Mələk” tamaşası nümayiş etdiriləcək
Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində iyunun 9-da “Qoca və Mələk” tamaşası təqdim ediləcək.
Teatrdan "Report"a verilən məlumata görə, rejissor Elnur Rzayevin quruluşunda izləniləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.
Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət