Panfarsist qəzet mətni təhrif edərək “türk” sözünü silib
İran kütləvi informasiya vasitələrinin Azərbaycan və türk kimliyinə qarşı qərəzli münasibəti bitib-tükənmək bilmir.
Bu dəfə iqtisadiyyatla bağlı qəzetdə azərbaycanlı yazıçının tərcümə etdiyi mətn təhrif edilərək fərqli şəkildə dərc olunub.
Məlumata görə, Rəsul Qənbəri “Dünya-ye iqtisad” qəzetinin istəyi ilə tərcümə etdiyi bir mətni mətbuat orqanına təqdim edib. Azərbaycanlı yazıçı mətnin təhrif olunaraq qəzetdə dərc olunduğunu görüb.
Mətndə paraqrafların birində qeyd olunub ki, “tərcümə olunmuş əsərlərin az olduğundan, ana dilim türk dili olduğu üçün, Türkiyə və Azərbaycan mənbələrinə müraciət etdim... .”
Qəzet dərc etdiyi yazıda “türk dili” sözünü “azəri dili” ilə dəyişdirib.
Bu təhrif İran mətbuatı, hətta rəsmi dərsliklərdə yol verilən təhrifləri hər kəsə xatırlatmaqdadır.
Rəsul Qənbəri iqtisadçıdır, o Güney Azərbaycanın Zəncan şəhərində doğulub. Yazıçı ana dilinin əhəmiyyəti və bu dildə təhsillə bağlı uzun illər mədəni fəaliyyətlə məşğul olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət