Dərc edildi: Baxış sayı: 176
Pandemiyadan zərər çəkən sahələrin siyahısına yenidən baxılacaq - RƏSMİ
“Ölkədə pandemiya ilə bağlı zərər çəkən sahələrin müəyyənləşdirilməsi prosesi davam edir”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, ilk növbədə zərər çəkmiş sahələrə dəstək göstərilib:
“Növbəti mərhələdə bu dəstək davam etdiriləcək. Zərər çəkən sahələrin siyahısına dəyişiklik nəzərdə tutulur. Bu istiqamətdə işlər gedir, pandemiya davam edir, zərər çəkən sahələr də müəyyənləşdirilir”.
Könül Cəfərli
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət