Slimfit
  1. DÜNYA

Pandemiyadan sonra meqapolislərdə həyat hansı formada olacaq?

Pandemiyadan sonra meqapolislərdə həyat hansı formada olacaq?
Sakura

Pandemiyadan sonra meqapolislərdə həyat hansı formada olacaq?

Koronavirus pandemiyası bütün dünya üzrə meqapolislərin normal həyatında dəyişikliklərə səbəb olacaq.

“İzvestiya” xəbər verir ki, meqapolislər yeni reallıqlara uyğunlaşaraq, ortaya çıxan epidemioloji təhlükəyə reaksiya verməli olacaqlar.

Beləliklə, memarlar, şəhərsalma mütəxəssisləri, marketoloqlar, bir çox əlaqəli sahələrin işçiləri gələcək yeniliklərin müəllifinə çevrilə bilərlər.

Pərakəndə satış sahəsini aşkar dəyişikliklər gözləyir, onlayn mağazaların böyüməsi labüddür. Bazar və mağazaların dəyişdirilməsi variantlarından biri Rotterdamdakı “Shift Architecture Urbanism” dizayn bürosu tərəfindən təklif edilib. Dizaynerlərin fikrincə, “hiperlokal mikromarket”lər yaradılmalıdır.

Bu cür bazarların çoxu alış-veriş anlayışını dəyişə bilər. Belə olan təqdirdə alıcı mağazaya getməyəcək, mağaza onun yanına gələcək.

Park ərazisinin təşkili üçün yeni tələblər yarana bilər. Avstriya Memarlıq Bürosu “Studio Precht” problemin həlli üçün yeni təklif irəli sürüb.

Dincələnlərin eni təxminən 2,5 metr olan dairəvi labirint sayəsində bir-birindən etibarlı məsafədə olmaları təklif edilib.

Bundan əlavə, bəzi mütəxəssislər koronavirusa görə meqapolis sakinlərinin şəhər ətrafına köçürüləcəyinə inanırlar. Bir sıra tədqiqatçılar da insanların özlərinin şəhərin daha az adam yaşayan hissələrinə köçmək istəyəcəklərini təxmin edirlər.

Bəzi ekspertlər nəqliyyatdan kollektiv istifadə imkanlarının azalacağını, piyadaların üstünlük təşkil edəcəyini bildirirlər.

Mütəxəssislər əmindirlər ki, dünya əhalisinin yarıdan çoxunun yaşadığı şəhərlər mövcud böhran zamanı və gələcəkdə əhəmiyyətli dərəcədə dəyişəcəklər.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR