Slimfit
  1. DÜNYA

Pandemiya qayıdır? - ÜST rəhbərindən maskalarla bağlı çağırış

Pandemiya qayıdır? - ÜST rəhbərindən maskalarla bağlı çağırış
Sakura

Pandemiya qayıdır? - ÜST rəhbərindən maskalarla bağlı çağırış

Bir çox ölkədə bir neçə həftə ərzində yoluxma halların sayının artması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bütün dünyada insanları yenidən maska ​​taxmağa və koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı o, özünün “X” hesabında paylaşım edib.

“Bir neçə həftədir ki, bir çox ölkələrdə koronavirus və qripin səbəb olduğu respirator xəstəliklərin sayı artmaqdadır. Bunun son bayramlardan sonra da davam edəcəyi gözlənilir”, - deyə Tedros bildirib.

O, həmçinin hər kəsə koronavirus infeksiyasına dair testdən keçməyi və simptomları olduqda həkimə müraciət etməyi tövsiyə edib.

“Təsiri azaltmaq üçün maskalardan, havalandırmadan istifadə etməyə və məsafə saxlamağa davam edin. Həmçinin özünüzün və yaxınlarınızın koronavirus və qripə qarşı peyvənd olunduğundan əmin olun”, - deyə ÜST rəhbəri bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR