Slimfit
  1. CƏMİYYƏT

Pandemiya dövründə Azərbaycanda mehmanxanaların fəaliyyəti açıqlandı

Pandemiya dövründə Azərbaycanda mehmanxanaların fəaliyyəti açıqlandı
Sakura

Pandemiya dövründə Azərbaycanda mehmanxanaların fəaliyyəti açıqlandı

“Koronavirus (COVID-19) pandemiyası dövründə

Azərbaycan Respublikasında mehmanxanaların

fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə

 “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan

Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1

nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi

yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin

görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının

Nazirlər Kabineti qərara alır:

 “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan

Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”

təsdiq edilsin (əlavə olunur).

 Əli Əsədov

 Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 8 avqust 2020-ci il

№ 287

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 8 avqust

tarixli 287 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan

Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili

QAYDALARI

1.Giriş

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində

mehmanxanaların işçilərinin və qonaqlarının sağlamlığının qorunması

məqsədilə hazırda koronavirus COVID-19 (bundan sonra – COVID-19)

infeksiyasına dair aparılan elmi araşdırma faktlarına, Ümumdünya

Səhiyyə Təşkilatının (WHO), Birləşmiş Millətlər Dünya Turizm

Təşkilatının, Avropa Hotel, Restoran, Kafe və Barlar Assosiasiyasının

təcrübə və tövsiyələrinə, o cümlədən Azərbaycan Respublikasının

ərazisində qüvvədə olan müvafiq metodiki göstərişlərə, habelə

respirator xəstəliklərdən qorunma və mübarizədə uğurlu göstəricilər

əldə etmiş xarici ölkə və şəhərlərin təcrübəsinə əsaslanaraq tərtib

olunmuşdur.

1.2. Bu Qaydaların əsas məqsədi COVID-19 pandemiyasının

ölkə ərazisində yayılması nəticəsində fəaliyyəti məhdudlaşdırılmış

turizm sənayesi subyektlərinin fəaliyyətinin bərpası zamanı sanitariya və

gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir.

1.3. Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar

arasında birbaşa hava-damcı yolu ilə və ya kontaminasiya olunmuş

səthlərə təmasdan sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və s.

toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin

gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və (və ya)

yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə

olunur.

1.4. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, fiziki (sosial)

məsafənin saxlanılması, gözlərə, ağız boşluğuna, buruna

toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ümumi

istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya

edilməsi xəstəliyə yoluxma riskini azaldır.

1.5. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində

fəaliyyət göstərən mehmanxanalara şamil olunur. Bu Qaydaların

məqsədləri üçün mehmanxana dedikdə, qəbul-qeydiyyat bölməsinin 

mövcud olduğu, eyni zamanda qonaqlara yerləşdirmə, qidalanma və

digər əlavə xidmətlər göstərən yerləşdirmə vasitəsi nəzərdə tutulur.

1.6. Bu Qaydalar hostellər, yerləşdirmə imkanlarına malik

konqres mərkəzləri, istirahət evləri, istirahət bazaları, istirahət

mərkəzləri, qonaq evləri, sağlamlıq düşərgələri, idman düşərgələri, ovçu

(balıqçı) evləri, turist bazaları, turist evləri, kempinq, yaşayış evləri

(villalar, koteclər, bağ evləri və s.), çoxmənzilli binada mənzillər

(otaqlar), dağ sığınacaqları, uşaq sağlamlıq düşərgələri kimi yerləşmə

vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti

yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin fəaliyyətinə

şamil edilmir.

1.7. Mehmanxanaların daxilindəki ictimai iaşə zonalarından,

əyləncə, idman və istirahət məkanlarından mehmanxanada otaq,

işgüzar tədbir, konfrans və ya görüş rezervasiyası olmayan şəxslərin

istifadəsinə icazə verilmir.

2.Ümumi göstərişlər

2.1. Yerləşdirmə xidməti göstərən mehmanxanalar fəaliyyətlərini

təşkil edərkən, “Sanitariya-epidemioloji salamatlıq haqqında”

Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə

uyğun olaraq qəbul edilən sanitariya normalarına və qaydalarına,

gigiyena normativlərinə və bu Qaydaların tələblərinə əməl etməlidirlər.

2.2. Mehmanxanalar bu Qaydalarla müəyyən edilmiş fiziki

(sosial) məsafə tələblərinin tətbiqinə imkan verən sayda qonaq qəbul

edə bilərlər.

2.3. Mehmanxanalara qonaqlar tərəfindən səfəri ləğv etməyə

imkan verən ləğvetmə siyasətini həyata keçirmək tövsiyə edilir.

2.4. Qonaqların və təchizatçıların mehmanxanalara səfəri

nəticəsində yaranan fiziki təması minimuma endirmək məqsədilə

qonaqlar və təchizatçılar mehmanxanaya səfər etməzdən əvvəl və ya

səfər zamanı COVID-19 riskinin azaldılması ilə bağlı mehmanxanada

tətbiq edilən tədbirlər, habelə məhdudiyyətlər barədə məlumatlandırırlar.

Bu cür məlumatlar mehmanxananın internet səhifəsində, rezervasiya

saytlarında və mehmanxananın girişində yerləşdirilir və mütəmadi

olaraq yenilənir.

2.5. İşçi heyətin və qonaqların təhlükəsizlik məqsədilə riayət

etməli olduqları davranış qaydaları, o cümlədən tələb olunan gigiyena

və sanitariya tədbirləri barədə bukletlər bütün yaşayış otaqlarında,

afişalar, məlumat lövhələri və digər yazılı xatırlatmalar mehmanxananın

girişində və digər ümumi istifadədə olan ərazilərində (qeydiyyat masası,

lobbi, işçi girişi, mal və ləvazimatların qəbulu sahəsi, lift, pilləkan, 

4

qidalanma məkanları, banket zalları, qonaq və işçi dəhlizləri, sanitariya

qovşaqları, biznes mərkəzləri və iş otaqları, spa və hovuz əraziləri,

idman zalları, mətbəx və qonaq otaqları və s.) yerləşdirilməlidir.

2.6. Qonaqlar arasında növbənin tənzimlənməsi məqsədilə

növbə sisteminin qurulması, baryerlərin qoyulması və ya işçi heyət

tərəfindən qonaqların yönəldilməsi təmin edilir.

2.7. Mehmanxanada şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin

görülməsi üçün zəruri olan vasitələrin, əl dezinfeksiyaedici məhlullarının,

əl salfetlərinin, üz maskalarının, əlcəklərin və digər qoruyucu vasitələrin,

habelə istifadə edilmiş tibbi maskaların və əlcəklərin atılması üçün

ayrıca qapalı torbaların, dezinfeksiyaedici məhlulların, işçi heyət üçün

təmiz geyimlərin yetərli qədər olması təmin edilməlidir.

2.8. Qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlar

əl dezinfeksiyaedici vasitələr, maskası olmayan şəxslərə təqdim etmək

üçün əlavə maskalar və digər gigiyena vasitələrlə təmin edilir.

2.9. Mehmanxana daxilində və ərazisində insanların kütləvi

toplaşması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti

tərəfindən müəyyən olunmuş say məhdudiyyətinə əməl edilməlidir.

2.10. Mehmanxana ərazisində qapalı məkanlarda canlı

auditoriya qarşısında tədbirlərin, o cümlədən tamaşaların və konsert

tədbirlərinin keçirilməsinə yol verilmir.

2.11. Mehmanxana tərəfindən nəqliyyat xidməti təmin edilərsə,

fərqli qonaq qrupları ayrı-ayrılıqda daşınmalıdır.

2.12. Mehmanxananın bütün xidmət ərazilərində təmassız

ödəniş üsullarına üstünlük verilir və bütün mümkün hallarda nağd

ödənişlərin məhdudlaşdırılması təmin edilir. Ödənişlər nağd formada

həyata keçiriləcəyi halda, ödənişi qəbul edən işçi dərhal sonra əllərini

dezinfeksiya etməli, pulun qalığı qaytarılırsa, təmasdan yayınmaq üçün

pul üçün ayrıca qab qoyulmalıdır. Qonaqların toxunduğu (toxunacağı)

ödəniş terminalları hər bir qonaq tərəfindən istifadədən sonra mütləq 70

faiz spirt tərkibli məhlulla təmizlənir və dezinfeksiya edilir.

2.13. İşçi heyətlə qonaqların təmasını minimuma endirmək üçün

qonaqların işçi heyətlə telefon, elektron poçt və (və ya) mobil tətbiqlər

vasitəsilə əlaqə imkanları yaradılır.

2.14. Bu Qaydalarda fiziki (sosial) məsafə tələbi ilə bağlı

müəyyən olunmuş məhdudiyyətlər eyni ailədən olan və ya eyni otağı

bölüşən qonaqlara şamil edilmir.

3.Operativ nəzarət və daxili tədbirlər planı

3.1. Bu Qaydaların tələblərinə əməl edilməsinə nəzarət

məqsədilə 80-dən çox nömrəsi olan mehmanxanalarda Operativ 

Nəzarət Qrupu (Rapid Response Team) yaradılır, digər

mehmanxanalarda isə operativ nəzarət üzrə məsul şəxs təyin olunur.

Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs

COVID-19-a yoluxma hallarının qarşısının alınması məqsədilə

qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi,

qonaqlar, işçi heyət və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı

təsirlərin minimuma endirilməsinə məsuldur.

3.2. Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul

şəxs COVID-19-la mübarizə ilə bağlı məlumatlandırıcı və xəbərdaredici

materialların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə

çatdırılmasını təmin edir, işçi heyət üçün gigiyena və sanitariya

qaydaları ilə bağlı təlimlər təşkil edir.

3.3. Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul

şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq

qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formaları və

keyfiyyətə nəzarət cədvəllərini müəyyən edir və onların icrasına nəzarət

edir.

3.4. Mehmanxana sanitariya normalarına və qaydalarına,

gigiyena normativlərinə, habelə bu Qaydaların tələblərinə əməl edilməsi

məqsədilə profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili

tədbirlər planı hazırlamalı və təsdiq etməlidir. Tədbirlər planı ilə bağlı

ümumi tələblər Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

tərəfindən müəyyən edilir. Tədbirlər planının icrasına Operativ Nəzarət

Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs nəzarət edir.

3.5. Operativ Nəzarət Qrupunun rəhbəri və ya operativ nəzarət

üzrə məsul şəxs mütləq qaydada Azərbaycan Respublikasının Dövlət

Turizm Agentliyi tərəfindən yaradılan və Azərbaycan Respublikası

Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin,

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan

Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən təşkil

olunmuş tədris qrupunda bu Qaydaların tətbiqi ilə əlaqədar nəzarət

tədbirlərinin həyata keçirilməsinin təşkili üzrə distant təlim kurslarına

cəlb olunur və kursu bitirməsi barədə həmin şəxslərə müvafiq sertifikat

verilir.

3.6. Operativ Nəzarət Qrupunun üzvləri və ya operativ nəzarət

üzrə məsul şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabineti

yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Dövlət Turizm

Agentliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan

Respublikası Daxili İşlər Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət

Agentliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi

Agentliyinin əlaqəli şəxslərinin adları və əlaqə vasitələrinin olduğu

məlumat kitabçası ilə təmin edilirlər.

4.İşçiyə dair tələblər

4.1. Mehmanxananın işçi heyəti Ümumdünya Səhiyyə

Təşkilatının COVID-19-a qarşı əsas müdafiə tədbirlərinə (əl gigiyenası,

tənəffüs gigiyenası, fiziki (sosial) məsafənin saxlanılması, gözlərə,

burun və ağıza toxunmamaq) riayət etmək və xəstəliyə uyğun

simptomlar varsa, evdə qalmaq və tibbi yardım üçün müraciət etmək

kimi tövsiyələrinə xüsusi diqqət yetirməlidirlər.

4.2. İşçi heyət mehmanxanaya daxil olarkən, termal kamera

sistemləri və ya təmassız termometr vasitəsilə onların hərarəti ölçülür.

Bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə,

işçinin mehmanxanaya daxil olmasına yol verilmir.

4.3. İş vaxtı ərzində işçidə bədən hərarətinin 37.5°C və ya daha

yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri

müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə,

iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 9-cu hissəsinin

tələblərinə uyğun tədbirlər görülür.

4.4. İşçi heyətin mehmanxanaya girişi və çıxışı üçün nəzərdə

tutulmuş ərazilər əl dezinfeksiyaedici vasitələrlə təmin edilir.

4.5. Mehmanxananın işçi heyəti şəxsi gigiyena tədbirlərinə əməl

etməlidirlər. İşçi heyətin geyimi gündəlik dəyişdirilir və təmizlənir.

4.6. İşçi heyət üçün lazımi sayda fərdi qoruyucu vasitələr təmin

edilir. Bütün işçilər iş prosesində xidmət sahəsinə uyğun olaraq tibbi və

ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə

edirlər. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə

çirkləndikdə və ya nəmləndikdə dəyişdirilir və bu zaman əllərin

gigiyenasına dair tələblərə riayət edilir.

4.7. Mehmanxananın girişində və çıxışında işləyən

mühafizəçilər (faktiki xidmətdə olduqları müddətdə) tibbi maskalardan

istifadə etməlidirlər. Mühafizəçilər hər hansı bir şəxsə 2 metrdən az

məsafədən yaxınlaşdığı təqdirdə, tibbi maskalardan əlavə üz

sipərlərindənə istifadə etməlidirlər. Mühafizə xidmətinin işçiləri spirt

əsaslı dezinfeksiya vasitələri, birdəfəlik istifadə üçün salfetlər,

tullantıların yığılması üçün xüsusi paketlərlə təmin olunurlar.

4.8. İşçi heyət üçün nəzərdə tutulmuş duş kabinələri, sanitariya

qovşaqları, ümumi istifadədə olan yemək və istirahət ərazilərinin fiziki

(sosial) məsafə qaydalarına uyğun olaraq tutumu müəyyən edilir (xüsusi

döşəmə işarələri, baryerlər, zolaqlar və s. vasitəsilə tənzimlənir) və

həmin ərazilərdən müvafiq sayda işçilərin istifadə etməsinə icazə verilir.

Bu cür ərazilərdə spirt tərkibli dezinfeksiyaedici vasitələr qoyulur və

mütəmadi qaydada təmizləmə və dezinfeksiya işləri həyata keçirilir. 

4.9. İşçi heyət üçün nəzərdə tutulmuş otaqlarda qalanların sayı

çarpayılar arasında 2 metr fiziki məsafə tələbinə riayət edilməsi şərtilə 4

nəfərdən çox (adambaşına düşən sıxlıq norması nəzərə alınmaqla)

olmamalıdır. Bu ərazilərə kənar şəxslərin girişinə icazə verilmir.

4.10. Mümkün hallarda növbə ilə və ya qrup şəklində çalışan

işçilərin, habelə müvafiq mərtəbələr və ya bölmələr üzrə məsul işçilərin

eyni heyətdə və bölmədə işləmələri və rotasiya edilməmələri təmin

olunmalıdır.

4.11. Yüksək risk qrupuna daxil olan işçilərin, o cümlədən yaşlı,

hamilə və ya yanaşı xəstəlikləri olan işçilərin təhlükəsizliyinin təmin

edilməsi məqsədilə bu cür işçilər qeydiyyat və qonaqlarla bilavasitə

təmas tələb edən digər işlərə cəlb edilmirlər.

4.12. Müvafiq bölmələr üzrə məsul işçilər işçi heyətin gün

ərzində işlədiyi xidmət sahələrinin, iş vaxtının və müddətinin

qeydiyyatını aparır və bu məlumatlar ən azı 14 gün müddətində

saxlanılır.

4.13. İşçi heyət özündə və ya birgə yaşadığı şəxslərdə COVID19 əlamətləri hiss edərsə, bu barədə dərhal mehmanxananın

rəhbərliyinə məlumat verir.

4.14. Mehmanxananın işçi heyəti aşağıdakı hallarda

mehmanxana daxilində və mehmanxana hesabına COVID-19 testindən

keçirilməlidir:

4.14.1. yeni işə qəbul olunan və mövcud işçilər – işə

başlamazdan əvvəl;

4.14.2. bütün işçi heyət – yeddi gündə bir dəfə;

4.14.3. şübhəli əlamətlər olduqda (hərarət, öskürək, nəfəs

darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.) – dərhal.

4.15. Testin nəticələri qeydiyyata alınaraq saxlanılır. Testin

nəticəsi pozitiv olan və ya test nəticəsi pozitiv olmuş şəxslə təmasda

olduğu üçün özünütəcrid rejimində olan, test nəticəsi pozitiv çıxmış və

sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14

gün keçməmiş şəxslərin işə başlamasına, habelə özü və ya birlikdə

yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən test

nümunələri götürülmüş şəxslərin test cavabları aşkarlanana qədər işə

başlamasına icazə verilmir.

5.Təlim və maarifləndirmə

5.1. Mehmanxana rəhbərliyi hava-damcı yolu ilə ötürülən

xəstəliklərinin, xüsusilə COVID-19-un yayılmasının qarşısının alınması

üçün maarifləndirmə işlərinin aparılmasını və işçi heyət üçün müvafiq

təlimlərin keçirilməsini təmin edir. Bu təlimlər fiziki (sosial) məsafə

qaydalarına uyğun şəraitdə, habelə mümkün hallarda distant qaydada

keçirilir.

5.2. Təlim zamanı mehmanxana işçi heyəti şəxsi gigiyena (əl

gigiyenası, tənəffüs gigiyenası, öskürmə etiketi), dezinfeksiya tədbirləri

(işlərin dövriliyi, tətbiqinə icazə verilən maddələrdən düzgün istifadə

qaydaları, dezinfeksiyanın aparılması qaydaları), habelə camaşırların

müvafiq qaydada yuyulması və yerləşdirilməsi qaydaları barədə

məlumatlandırılır, o cümlədən digər növ qabaqlayıcı və qoruyucu

tədbirlər haqqında metodiki göstərişlərlə təmin edir.

5.3. İşçi heyət COVID-19 əlamətləri (şübhəsi) müəyyən edilən

qonaqlarla təmasda olduqda, riayət etməli olduqları davranış qaydaları

barədə məlumatlandırılır.

5.4. İşçi heyət davamlı kommunikasiyanı təmin etmək məqsədilə

təlimatlar barədə qonaqları hansı qaydada müntəzəm

məlumatlandırmalı olduğu barədə təlimatlandırılır.

6.Şəxsi gigiyenaya dair tələblər

6.1. Mehmanxananın işçi heyəti və qonaqları mütəmadi olaraq, o

cümlədən sanitariya qovşağından istifadədən, asqırma və öskürmədən,

sənədlərlə təmasdan, siqaret çəkdikdən sonra və s. əllərini təmiz yumalı

və ya dezinfeksiya etməlidirlər.

6.2. Əllərin gigiyenasına dair aşağıdakılar edilməlidir:

6.2.1. əllər axar su ilə isladılmalı və sabunlanmalı;

6.2.2. əllər, barmaqların və dırnaqların arası yaxşı sabunlanmalı;

6.2.3. sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalı;

6.2.4. əllər axar suyun altında mükəmməl durulanmalı;

6.2.5. əllər təmiz salfetlərlə qurulanmalı;

6.2.6. sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt)

tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməli.

6.3. Tibbi maskalardan ümumi istifadə qaydaları:

6.3.1. maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və

maska arasındakı boşluqları minimuma endirmək şərtilə taxılmalıdır;

6.3.2. istifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə

əllə toxunmaq olmaz;

6.3.3. maska çıxarılarkən müvafiq qaydalara əməl edilməlidir

(maskanın ön hissəsinə toxunmadan, arxa hissəsindəki ipləri vasitəsilə

çıxarılmalıdır);

6.3.4. maskanı çıxardıqdan sonra əllər spirt tərkibli məhlulla

təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

6.3.5. maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi

vacibdir;

6.3.6. birdəfəlik maskalardan təkrar istifadə edilməsinə yol

verilmir;

6.3.7. birdəfəlik maskaların istifadəsindən sonra onların

zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

6.4. Öskürək və ya respirator xəstəlik zamanı şəxsi gigiyenaya

aşağıdakı qaydada əməl edilməlidir:

6.4.1. öskürəndə və asqıranda ağız kağız salfetlə bağlanmalı və

istifadə olunmuş salfet ağzı bağlı zibil qabına atılmalıdır;

6.4.2. respirator axıntı ilə təmasdan sonra əllər müvafiq qaydada

təmizlənməlidir;

6.4.3. respirator simptomları olan şəxslər tibbi maskalardan

istifadə etməli və fiziki (sosial) məsafə qaydalarına riayət etməlidirlər (2

metr).

7.Təmizlik və dezinfeksiya tədbirləri

7.1. Bütün ərazilərdə səthlərin xüsusiyyətlərinə uyğun olaraq

dezinfeksiya vasitələri ilə təmizləmə işləri həyata keçirilir. Hər bölmə (iş

sahəsi) üçün təmizlik və dezinfeksiya tədbirlərinin dövriliyi infeksiya

riski, insanların sıxlığı, çirklilik səviyyəsi, məhsulun növü, çirkin növü,

səthin tipi və s. kimi amillər nəzərə alınmaqla planlaşdırılır. Təmizlik

işləri birinci təmiz hissədən başlanılmalı, sonra isə daha çirkli hissələr

təmizlənilməlidir.

7.2. Bütün təmizlik və dezinfeksiya tədbirlərinin gündəlik

müntəzəm nəzarət formaları və keyfiyyətə nəzarət cədvəlləri vasitəsilə

davamlı olaraq qeydiyyatı aparılır. Qeydiyyat masasında və ya girişdə

ən son dezinfeksiya olunma tarixi qeyd edilməklə qonaqlara görülmüş

tədbirlər barədə yazılı məlumatlar nümayiş etdirilir.

7.3. Tez-tez təmas olunan səthlərə (qeydiyyat masası, qapı

tutacaqları, liftlərin düymələri və s.) xüsusi diqqət yetirilməklə, bütün

ümumi istifadədə olan ərazilər gün ərzində hər 4 saatdan bir yuyucu

vasitələrdən istifadə edilməklə təmizlənməli və dezinfeksiya olunmalıdır.

7.4. Mehmanxanada “Sanitar-epidemioloji salamatlıq haqqında”

və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan

Respublikasının qanunlarına uyğun olaraq, dezinfeksiya, dezinseksiya

və deratizasiya tədbirləri həyata keçirilməlidir.

7.5. Təmizlik və dezinfeksiya işlərini həyata keçirən işçi heyət

mütləq maska, üz sipəri və əlcəklərdən istifadə edir. Təmizlik işləri başa

çatdıqdan sonra maska və əlcəklər çıxarılaraq müvafiq tullantı qablarına

atılır, üz sipəri müvafiq qaydada təmizlənir və dezinfeksiya olunur, əllər

isə bu Qaydaların 6.2-ci bəndinin tələblərinə uyğun yuyulur. 

7.6. Ətrafa toz yayılmasına səbəb ola biləcək süpürmə və ya

yüksək təzyiqli su və ya kimyəvi maddələrin püskürdülməsi kimi tədbirlər

məhdudlaşdırılır, döşəmə və səthlər yuyucu vasitələrdən istifadə

etməklə birdəfəlik bezlərlə silinir. HEPA filtri olan tozsoranlardan

istifadəyə önəm verilir.

7.7. Qapı tutacaqları, sürahilər, liftlərin idarəetmə paneli, işıq

düymələri, POS terminal və ödəmə terminalları, telefon, dəsmal kartı,

otağa giriş kartı və ya açarı, şezlonqlar, duş kranları, masaların üstü və

digər əllə tez-tez təmas edilən səthlər mütəmadi olaraq təmizlənir və

dezinfeksiya edilir.

7.8. Kassa aparatı, kompüter klaviaturası, telefon və digər

cihazların səthləri 70 faiz spirt tərkibli məhlulla silinərək dezinfeksiya

edilir.

7.9. Ümumi istifadədə olan sanitariya qovşaqlarının girişində

mümkün hallarda avtomatik qapı sistemi qurulur. Bu cür qapı

sistemlərinin qurulması mümkün olmadıqda, giriş qapılarının açıq

qalması təmin olunur. Sanitariya qovşaqlarında döşəmələr, unitazlar,

pissuarlar, əlüzyuyanlar, kran başlıqları, qapı tutacaqları tez-tez

(mümkün olduqda, hər istifadədən sonra) su və yuyucu vasitə ilə

təmizlənir, 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə

edilməklə dezinfeksiya edilir.

7.10. Sanitariya qovşaqlarında maye sabun, tualet kağızı, kağız

dəsmal və zibil qutuları qoyulur, əllə təması minimuma endirmək üçün

kranların və maye sabun dispenserlərinin sensorlu olması təmin edilir.

7.11. Mehmanxanada əlqurutma cihazlarından istifadəyə icazə

verilmir.

7.12. Qapalı məkanlar tez-tez havalandırılmalı, kondisioner və

ventilyasiya sistemləri müvafiq standartlara uyğun qaydada istifadə

edilməlidir.

7.13. Çirkli havanın çıxdığı yerlərdən insanların keçməsi

məhdudlaşdırılmalıdır.

7.14. Mehmanxanada ümumi istifadədə olan, xəstə və xüsusi

ehtiyacı olan şəxslər tərəfindən istifadə edilən təkərli arabalar və digər

vasitələr hər istifadədən sonra müvafiq qaydada təmizlənir və

dezinfeksiya edilir.

7.15. Şezlonq, stul, masa və divan dəstlərinin üzərinə parça

döşəkçələr əvəzinə təmizlənməsi və silinməsi mümkün olan döşəkçələr

qoyulmalı və bu döşəkçələr hər istifadədən sonra təmizlənməlidir.

7.16. Asanlıqla təmizlənməsi və dezinfeksiya edilməsi mümkün

olmayan əşyalar yığışdırılmalıdır.

8.Tullantıların idarə edilməsi

8.1. Tullantılarla bağlı işlərə məsul işçi və ya qrup ayrılmalıdır.

8.2. İşçi heyət və qonaqlar üçün ümumi istifadədə olan

ərazilərdə tullantı qutuları qoyulur, həmin qutuların üzərində onların

yalnız maska, əlcək kimi qoruyucu vasitələr üçün nəzərdə tutulduğu

qeyd edilir. Bu cür tullantılar digər tullantılarla qarışdırılmadan ayrılıqda

utilizasiya edilir.

8.3. Qonaq otaqları və ümumi istifadədə olan ərazilər

tullantılardan təmizləndikdə, birdəfəlik əlcəklərdən istifadə edilir. İşçi

heyət tərəfindən tullantılar təmizlənib utilizasiya edildikdən sonra

əlcəklərin çıxarılması və əl gigiyenası tələblərinə riayət olunması təmin

edilməlidir.

8.4. Tullantılar möhkəm, kip bağlanan və sızıntıya dayanıqlı

torbalara yığılır. Tullantı torbası deşilərsə və ya çirklənərsə, ikinci bir

torbaya qoyulur. Bütün torbaların ağzı bağlanılır və dərhal tutumlara

(urnalara) atılır.

9.Xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri

9.1. Mehmanxanada şübhəli COVID-19 hallarında ünsiyyət üçün

yetərli sayda müvafiq qoruyucu geyimlərin (qoruyucu forma

(kombinezon, üz üçün sipər), baxil, tibbi əlcək, tibbi eynək, saç örtüyü

(bone), tibbi maska) olması təmin edilməlidir.

9.2. Mehmanxana daxilində xüsusi karantin otağı (otaqları)

ayrılmalıdır.

9.3. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün hərarəti və

respirator simptomları olan qonaqların və ya işçilərin tibbi maskalar

geyinməsi təmin edilir.

9.4. Xəstəlik şübhəsi olan qonağa və ya işçiyə dərhal tibbi

xidmət göstərilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət edilir.

9.5. Təcili tibbi yardım gələnədək xəstəlik şübhəsi olan qonaq və

ya işçinin digər qonaqlardan və işçilərdən izolyasiya edilməsi məqsədilə

o, xüsusi karantin otağında yerləşdirilir.

9.6. Xəstəlik şübhəsi olan qonaq və ya işçi ilə işçi heyətin

təması minimuma endirilir və onunla təmasda olan şəxslər tərəfindən

fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri, baxil) istifadə

olunması təmin edilir.

9.7. Xəstəlik şübhəsi olan qonaq və ya işçi 103 Təcili Tibbi

Yardımın həkimləri tərəfindən laboratoriya müayinəsindən keçirilir və

nəticələri əldə olunanadək həmin şəxslər xüsusi karantin otağında

saxlanılır. Laboratoriya müayinəsinin nəticəsi pozitiv olduqda, 

Azərbaycan Respublikasında səfərdə olan şəxslər yoluxucu xəstəliyin

müalicəsi üçün ayrılmış xüsusi tibbi müəssisəsinə yerləşdirilirlər.

Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər barəsində isə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli

161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının

ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı

karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4-1-ci

hissəsinə uyğun olaraq müvafiq tibbi tədbirlər görülür.

9.8. Xəstəlik şübhəsi olan qonaqla eyni otaqda qalan

asimptomatik şəxsin və ya şəxslərin (əgər varsa) öz otaqlarında

izolyasiya olunmaları təmin edilməli və onlardan test götürülməsi və

iltizam alınması üçün 103 Təcili Tibbi Yardıma məlumat verilməlidir.

9.9. Karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq

saxlanılır və otaqda havalandırma təmin edilir.

9.10. Təmizlik işlərini həyata keçirəcək işçilərin təhlükəsizliyini

təmin etmək məqsədilə xəstə qonaq və ya işçi mehmanxananı tərk

etdikdən sonra karantin otağının və aidiyyəti üzrə qonaq otağının 72

saat istifadəsiz saxlanılması və oraya heç kimin daxil olmasına icazə

verilməməsi, qapının üzərinə “istifadəyə yararsızdır” nişanının vurulması

tövsiyə olunur.

9.11. Xəstə qonaq və ya işçi mehmanxananı tərk etdikdən sonra

karantin otağının və aidiyyəti üzrə qonaq otağının 72 saatdan sonra

(tövsiyə olunan müddət) aşağıdakı qaydada təmizlənməsi və

dezinfeksiya olunması təmin edilməlidir:

9.11.1. otağın təmizlənməsi zamanı əlcək, tibbi maska, üz

sipəri, saç örtüyü (bone) və xalat istifadə edilməlidir;

9.11.2. tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə

halında, çirklər ilkin olaraq maşa vasitəsilə idarə olunmaqla maye uducu

parçalarla təmizlənməlidir;

9.11.3. maşa və parçalar diqqətlə tullantı torbalarına

yerləşdirilməlidir;

9.11.4. bütün səthlər 1:100 normal durulaşdırılmış ağardıcı ilə

təmizlənməli (Natrium hipoxlorit), əhəmiyyətli dərəcədə çirklənmə

olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan

istifadə edilməlidir. Ağardıcının hazırlanma dərəcələri (10 faizlik): 1:10

nisbətdə ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 9 hissə su (5000-

6000 ppm xlor sərbəst buraxılır); 1:100 nisbətdə ağardıcının

hazırlanması: 1 ölçü ağardıcı + 99 hissə su (500-600 ppm xlor sərbəst

buraxılır). 1:100 nisbətində ağardıcı əldə etmək üçün praktik olaraq 10

litr suya 1 kiçik çay stəkanı qədər ağardıcı əlavə edilir); 

9.11.5. ağardıcıdan istifadə etmək mümkün olmadığı təqdirdə

(məsələn; telefon, uzaqdan idarəetmə pultları, lift düyməsi və s.), 70 faiz

spirt tərkibli məhlul istifadə edilə bilər;

9.11.6. istifadə edilən paltar, döşək üzləri, yataq örtükləri,

dəsmallar və s. camaşırlar silkələnməməli, birdəfəlik istifadə üçün

nəzərdə tutulmuş, ağzı sıx bağlanan, polietilen paketlərə

yerləşdirilməlidir. Şübhəli şəxsin istifadə etdiyi paltar, dəsmal, yataq

örtüyü kimi tekstil məhsulları 72 saat kənarda saxlanıldıqdan sonra 60-

90°C temperaturda yuyucu toz ilə yuyulmalıdır;

9.11.7. yumşaq mebel və matras buxarlı təmizləyici ilə

təmizlənməlidir;

9.11.8. xəstə qonağın və ya işçinin təmasda olduğu digər

şəxslər və yerlər (misal üçün, dəhlizlər, lobbi və s.) müəyyən olunmalı,

müvafiq qaydada izolyasiya, təmizləmə və dezinfeksiya tədbirləri

görülməlidir;

9.11.9. dezinfeskiya prosesi başa çatdıqdan sonra istifadə

olunan bütün vasitələr (qoruyucu geyimlər, parçalar) tullantı torbalarına

yerləşdirilməli və əl gigiyenası həyata keçirilməlidir;

9.11.10. yeni əlcəklər geyinilməli və tullantı torbalarının ağızları

bərk sıxılaraq qapaqlı tullantı qutularına yerləşdirilməli, 72 saat (tövsiyə

olunan müddət) digər tullantılardan kənar saxlanılmalı, daha sonra digər

tullantılarla birgə utilizasiya edilməlidir;

9.11.11. yekunda əllər təkrar yuyulmalıdır.

9.12. Kütləvi xəstəlik şübhəsi hallarında evakuasiya həyata

keçirilməli, bu haqda öncədən təlimatlandırılmış işçi heyətin nəzarəti

altında bütün qonaqlar mehmanxanadan çıxarılmalı və mehmanxana

tamamilə dezinfeksiya olunmalıdır.

9.13. Təsirə məruz qalan işçi olduqda, həmin işçiyə xüsusi

diqqət yetirilməsi, COVID-19-a spesifik olan əlamət (əlamətlər)

müşahidə olunduqda (hərarət, quru öskürək, nəfəs darlığı, ishal və s.)

dərhal işini dayandırması, tibbi maska ilə təmin olunaraq qapalı otaqda

izolyasiya edilməsi və tibbi xidmətin göstərilməsi üçün 103 Təcili Tibbi

Yardıma müraciət edilməsi təmin edilməlidir.

9.14. Xəstəlik əlaməti olan işçinin iş yerinin dezinfeksiya

edilməsi təmin olunmalıdır.

9.15. Həmin işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi

halda, onunla sıx təmasda olan işçilərdən test götürülməsi və cavablar

müəyyənləşənədək qədər onların evdə özünütəcrid rejimində olması

təmin edilməlidir.

9.16. Xəstəlik əlamətləri müşahidə olunan qonaq və işçilərin

dərhal təmasda olduğu (qonağın otaq yoldaşı, xəstəlik əlamətləri

müşahidə olunan qonaq və işçilərə qayğı göstərən şəxslər, fərdi 

qoruyucu vasitələrdən istifadə etmədən təmasda olan şəxslər)

müəyyənləşdirilməsi və idarə edilməsi təmin olunmalıdır.

9.17. Bu barədə ərazi Gigiyena və Epidemiologiya Mərkəzinə

məlumat verilməlidir.

10.Texniki xidmətlər

10.1. Su ilə işləyən maşınlar, avadanlıqlar və ləvazimatlar

(qabyuyan maşınlar, paltaryuyan maşınlar, buz maşınları və s.)

aşağıdakı qaydada texniki baxışdan keçirilməli, təmizlənməli və

dezinfeksiya edilməlidir:

10.1.1. qabyuyan maşınların ümumi yoxlamadan keçirilməsi

təmin edilməlidir. Yaxşı vəziyyətdə olan avadanlıqların tankları, yuma

və durulama qolları təmizlənməli, lazım gələrsə ərp yığılan hissələr,

habelə daxili və xarici səthi təmizlənməli və dezinfeksiya edilməlidir;

10.1.2. paltaryuyan maşınların ümumi yoxlamadan keçirilməsi

təmin edilməlidir. İşlək vəziyyətdə olan cihazlar ən yüksək temperatura

malik yuma proqramı seçilərək və kimyəvi maddələrdən istifadə edilərək

sınaqdan keçirilməlidir;

10.1.3. buz maşınları dezinfeksiya olunmalıdır;

10.1.4. qəhvə maşınları, xüsusilə boruları dezinfeksiya olunmalı,

filtrlər yenilənməlidir.

10.2. İstifadə üçün verilən, həmçinin hovuzlarda və ya spa

mərkəzlərdə olan suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin

konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə

olunan yuxarı hədlərdə saxlanılmalıdır.

10.3. Sabun və dezinfeksiyaedici məhlul dispenserlərinin

(dozatorlarının), birdəfəlik kağız salfet dispenserlərinin və digər aidiyyəti

cihazların düzgün işləməsini təmin etmək üçün həmin avadanlıqlar

mütəmadi yoxlanılmalıdır. Cihazların qüsurlu hissələri tez zamanda

təmir olunmalı və ya dəyişdirilməlidir.

10.4. Mehmanxananın müxtəlif əraziləri, o cümlədən qonaqlar

və işçilər tərəfindən istifadə olunan ictimai ərazilər dezinfeksiyaedici

vasitələrdən istifadə etmək üçün qurğularla təmin olunmalıdır.

10.5. Qapalı hovuzların ventilyasiyası və hava mübadiləsi

sisteminin nəmalma cihazının düzgün işləməsi yoxlanılmalıdır.

11.Mehmanxana daxilində hər sahə üçün xüsusi qaydalar

11.1. Qəbul və qeydiyyat:

11.1.1. qonaq mehmanxanaya daxil olarkən, termal kamera

sistemləri və ya təmassız termometr vasitəsilə onun hərarəti ölçülür. Bu 

zaman qonağın bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu

müəyyən edildikdə, həmin qonağın mehmanxanaya daxil olmasına yol

verilmir;

11.1.2. qonaqda mehmanxanada qaldığı müddətdə bədən

hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən olunduqda və ya

hər hansı xəstəlik əlamətləri müşahidə edildikdə (yüksək hərarət,

öskürək, nəfəs darlığı, dadbilmə və iybilmə hissinin itməsi, halsızlıq və

s.), bu Qaydaların 9-cu hissəsinin müddəalarına uyğun tədbirlər görülür;

11.1.3. qəbul şöbəsinin işçiləri ilə qonaqlar arasında, habelə

qonaqlar arasında minimum 2 metr fiziki (sosial) məsafə təmin olunur və

bu məqsədlə qəbul masasında növbə yerləri döşəmə işarələri ilə ayrılır;

11.1.4. mehmanxanaya qəbul (“check-in”) zamanı qonaqlara

mehmanxanada qaldıqları bütün müddət ərzində qapalı məkanlarda

maska taxmaq və fiziki (sosial) məsafə tələblərinə riayət etməklə barədə

xəbərdarlıq edilməlidir;

11.1.5. qeydiyyat masasında ilkin tibbi yardım çantası

saxlanılmalı və içində aşağıdakılar olmalıdır:

 1. bakterisid dezinfeksiyaedici (səthlər üçün təmizləyici salfetlər);

 2. tibbi maska, tibbi eynək, üz sipəri;

 3. əlcəklər (birdəfəlik);

 4. qoruyucu önlük (birdəfəlik);

 5. uzun xalat;

 6. biotəhlükəli tullantılar üçün birdəfəlik torba;

11.1.6. qeydiyyat masasının işçisi COVID-19-a yoluxma

təhlükəsi ilə əlaqədar mehmanxanada tətbiq olunan profilaktik tədbirlər,

habelə qonaqlar tərəfindən tələb oluna biləcək digər xidmətlər (tibb,

aptek xidmətləri və s.) barədə qonaqları məlumatlandırmalıdır;

11.1.7. qeydiyyat masasında COVID-19 pandemiyası ilə

əlaqədar müvafiq dövlət orqanları (qurumları) tərəfindən açıqlanmış ən

son tövsiyələr, habelə səhiyyə orqanlarının, tibb mərkəzlərinin, dövlət və

özəl xəstəxanaların, yardım mərkəzlərinin əlaqə vasitələri barədə

məlumatlar olmalıdır;

11.1.8. qeydiyyat masasında xəbərdaredici və məlumatlandırıcı

işarələr qoyulmalıdır;

11.1.9. bütün qonaqların səfər tarixçəsi və sağlamlıq vəziyyəti

barədə məlumatlarının sorğu edilməsi və bu barədə müvafiq blankın

doldurulması tövsiyə edilir;

11.1.10. həmin blanklarda həmçinin qəbul zamanı qonaqlardan

son 14 gün ərzində getdikləri yerlər, xroniki xəstəlikləri (əgər varsa),

COVID-19 keçirib-keçirmədikləri, əgər xəstəlik keçirmişlərsə, son testin

nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçib-keçmədiyi, habelə

testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən

özünütəcrid rejimində olub-olmadıqları barədə məlumatlar sorğu edilir;

11.1.11. COVID-19 olan, habelə son 48 saat ərzində COVID-19

testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan,

xəstəlikdən sağalmış (sonuncu COVID-19 testinin nəticəsinin neqativ

çıxdığı tarixdən minimum 14 gün keçməlidir), lakin son testin nəticəsinin

neqativ çıxması tarixindən 14 gün keçməyən, habelə testin nəticəsi

pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid

rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirlər;

11.1.12. qeydiyyat və qəbul işçiləri tərəfindən tibbi maskalardan

və əlcəklərdən istifadə edilir, əllər tez-tez dezinfeksiya olunur;

11.1.13. qeydiyyat masasında dezinfeksiyaedici vasitənin, o

cümlədən əlavə maskaların olması təmin edilməlidir;

11.1.14. avtomobillərin qonaqların özləri tərəfindən park

edilməsinə üstünlük verilir;

11.1.15. parkinq xidməti təmin edilərsə, nəqliyyat vasitəsində

əllə təmas edilən bütün səthlər (qapı tutacaqları, sükan, sürət qutusu və

s.) təmizləndikdən sonra nəqliyyat vasitəsi qonağa təhvil verilir;

11.1.16. mikroavtobus və servis xidməti fiziki (sosial) məsafə

tələblərinə uyğun fəaliyyət göstərməlidir;

11.1.17. kompüter və printerlər, habelə qeydiyyat masasında

olan telefon və sensor ekranlar təmizlik məhsulları ilə dezinfeksiya

edilməlidir;

11.1.18. qonaqların mehmanxanaya girişi zamanı çamadan və

ya əşyaların daşınması xidməti təmin edilərsə, daşınma işi başa

çatdıqdan sonra işçinin (belboyun) qonaqların əşyalarına toxunduğu

bütün yerlər dezinfeksiyaedici vasitələrlə silinir və ya daşıma xidməti hər

bir qonaq üçün ayrıca steril əlcəkdən istifadə edilməklə həyata keçirilir

və hər istifadədən sonra çamadan daşıma vasitələri dezinfeksiya edilir;

11.1.19. otaq kartı (açar), dəsmal kartı, qələm, qeydiyyat

bölməsinin zəngi və s. hər istifadədən sonra müvafiq qaydada

dezinfeksiya edilir;

11.1.20. COVID-19-a yoluxma halı aşkar edildiyi halda, bu cür

şəxslərlə təmasda olmuş şəxslərin müəyyən edilə bilməsi üçün hər

qonağın qaldığı mərtəbədəki digər qonaqlar (xüsusən bu cür şəxsin

qaldığı otağa bitişik və üzbəüz otaqlarda qalan qonaqlar) barədə

məlumatlar həmin qonaqların mehmanxanadan ayrıldığı gündən

etibarən 14 gün müddətində saxlanılır;

11.1.21. qonaqlar mehmanxanadan çıxış etməzdən (check-out)

bir saat əvvəl bu barədə daxili telefon və ya mobil telefon vasitəsilə

qeydiyyat masasına məlumat verməlidirlər.

11.2. Qonaq otaqları:

11.2.1. qonaq otaqları bu Qaydaların 7-ci hissəsinə uyğun

olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən

təmizlənir və dezinfeksiya edilir;

11.2.2. qonaq otaqları qonaq getdikdən sonra və gəlməzdən

əvvəl müvafiq qaydada təmizlənməli, dezinfeksiya olunmalı və

havalandırılmalıdır. Tez-tez təmas olunan səth və avadanlıqları (qapı

tutacaqları və düymələri, pəncərə tutacaqları və kilidləri, giriş qapısının

təhlükəsizlik kilidi, masa və oturacaqlar, kreslolar, masaüstü lampa

kilidləri, siyirtmə tutacaqları, pərdəni (jalüz) çəkmək üçün iplər, elektrik

açarları və elektrik yuvası örtükləri, kondisioner nəzarət paneli, telefon,

televizor pultu, mini bar, ayaqqabı mazı, camaşırxana çantası,

boşqablar, bıçaqlar, çaydanlar, ütülər, ütü lövhələri, asılqanlar,

çamadanlar, qəhvə masaları, habelə hamam otağı daxilində bütün

səthlər, tutacaqlar və düymələr) xüsusi diqqət və həssaslıqla

təmizlənməlidir;

11.2.3. mehmanxanaya dair məlumat kitabçası, otaq xidmət

menyusu (əgər varsa), jurnallar, xəritələr və s. kimi təkrar istifadə edilə

bilən məlumat xarakterli materialların müvəqqəti olaraq otaqdan

çıxarılması və rəqəmsal versiyalarla əvəz olunması arzuolunandır. Bu

mümkün olmadıqda, çap menyular plastik laminasiya ilə örtülməli və hər

istifadədən sonra dezinfeksiya edilməlidir;

11.2.4. əlavə yastıqlar, örtüklər və dekorativ yastıqlar kimi

materiallar bütün otaqlardan götürülməlidir;

11.2.5. qonaq otaqlarına xidmət personalı növbədə olduğu

müddət ərzində, o cümlədən qonaq otaqlarına girməzdən əvvəl və

otaqlardan çıxdıqdan sonra əllərin gigiyenası ilə bağlı tələblərə tam

riayət etməlidir;

11.2.6. hər bir qonaq otağında ayrıca birdəfəlik əlcəklərdən

istifadə edilməli, əlcəklər çıxarıldıqdan sonra əllər müvafiq qaydada

təmizlənməlidir;

11.2.7. otağa yerləşdirilən qida məhsulları (çay, qəhvə, süd,

şəkər və s.) bağlı paketlərdə təqdim olunmalı, elektrik çay və qəhvə

maşınları mütəmadi olaraq dezinfeksiya edilməlidir;

11.2.8. qonaq otağının tez-tez havalandırılması təmin

edilməlidir;

11.2.9. qonaqlar otağa gəlməzdən əvvəl otaqda lazımi sayda

təmiz dəsmal, tualet kağızı, sadə əl sabunu, şampun kimi vasitələrin

olması təmin edilməlidir. Otaqlarda qoyulan şampun, sabun və digər

məhsullar birdəfəlik istifadə üçün olmalıdır;

11.2.10. mehmanxana tərəfindən qonaqların mehmanxanada

qalma müddəti nəzərə alınmaqla, otaqlarda hər bir qonaq üçün ayrı-ayrı

18

tibbi (parça) maskalar və spirt əsaslı əl dezinfeksiya vasitələri

qoyulmalıdır;

11.2.11. hər bir otaqda gigiyena qaydaları barədə işarələr

(posterlər, broşurlar və s.) qoyulmalıdır;

11.2.12. hər hansı təmir və ya texniki xidmət işlərinin aparılması

tələb olunarsa, qonaqla işçi heyət arasında videozəng vasitəsilə əlaqə

qurulmalı və vəziyyətin düzgün izah edilməsi və ya qonağa müvafiq

kömək edilməsi təmin olunmalıdır;

11.2.13. problemin videozəng vasitəsilə həll edilməsi mümkün

olmadıqda, texniki xidmət personalı əlcək və maskadan istifadə etməklə

otağa gələ bilər. Bu zaman qonaqların otaqda olmasına yol verilmir;

11.2.14. bir otağın təmizlənməsi üçün ayrılan vaxt artırılmalıdır;

11.2.15. qonaq otaqda olduqda, təmizlik işləri aparılmamalıdır.

Təmizlik personalı təmizlik işləri aparmaq üçün otağa yalnız qonaqlar

mehmanxanadan çıxış etdikdən sonra və ya qonaqların xüsusi tələbi

əsasında daxil ola bilər. Bu zaman təmizlik personalı əlcək və

maskalardan istifadə etməli və qonaqlar otaqda olmamalıdır;

11.2.16. istifadə olunmuş və təmiz yataq dəstləri, dəsmallar ayrıayrılıqda yerləşdirilməlidir;

11.2.17. camaşırları dəyişdirərkən və təmizləyərkən işçilər

özünü qorumalıdırlar;

11.2.18. istifadə olunmuş yataq bezi dəyişdirilərkən

silkələnməməlidir. İstifadə olunmuş tekstil camaşırxanaya aparılarkən,

təması aradan qaldırmaq üçün ağzı sıx bağlanan torba və ya çantaya

qoyulmalıdır;

11.2.19. çirkli camaşırxana avadanlıqları işçilər üçün açıq

yerlərdə saxlanmamalı və ya qapalı camaşırxana arabalarından istifadə

olunmalıdır;

11.2.20. yataq örtükləri, dəsmal və camaşırlar istehsalçının

təlimatlarına uyğun olaraq ayrıca və 60-90°C temperaturda yuyulmalıdır;

11.2.21. qonaqlar mehmanxanadan çıxış etdikdən sonra fərdi

istifadə üçün təqdim edilmiş bütün camaşırlar (yataq bezi, dəsmallar və

s.) istifadə olunub-olunmamasından asılı olmayaraq təmizləmə və

dezinfeksiya məqsədilə çıxarılmalıdır;

11.2.22. yuyulması mümkün olmayan bütün parça əşyalar

buxarlı təmizləyici ilə təmizlənir (məsələn, parça örtüklü stullar,

pərdələr);

11.2.23. qonaqlar mehmanxanadan çıxış etdikdən sonra otağın

təmizlənməsinə qədər ən azı 3 saat müddət keçməsi gözlənilməlidir;

11.2.24. kondisionerlərin və havalandırma sistemlərinin filtrləri

tez-tez dəyişdirilməli, havalandırma barmaqlığı təmizlənməli və

dezinfeksiya edilməlidir. 

19

11.3. Mətbəxlər:

11.3.1. mətbəxlər bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq,

aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənməli

və dezinfeksiya edilməlidir;

11.3.2. mətbəxlərdə bütün qida məhsullarının təmiz və qidanın

xüsusiyyətlərinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə

saxlanılması və bu qida məhsullarına mümkün qədər az sayda işçi

heyətin toxunması təmin edilməlidir. Çarpaz yoluxma ehtimalını aradan

qaldırmaq məqsədilə işlənməmiş qida məhsulları və hazır qidalar

mətbəxdə ayrı-ayrılıqda saxlanılmalıdır. Qida məhsullarının yerə

düşməsinin qarşısını alan tədbirlər görülməlidir;

11.3.3. heyvan mənşəli məhsullardan yoluxma ehtimalının

aradan qaldırılması məqsədilə mətbəxə gətirilən heyvan mənşəli

məhsullar dövlət baytarlıq nəzarətindən keçməklə müvafiq icazə

sənədləri ilə müşayiət olunmalıdır;

11.3.4. mətbəxdə işçi heyət tərəfindən riayət edilməsi tələb

olunan qaydalar və gigiyena normaları barədə yazılı (vizual)

məlumatlandırma təmin edilməlidir (məlumat lövhələri yerləşdirilir);

11.3.5. mətbəxdə işləyən işçi heyətin mətbəxə yalnız iş

geyimində və müvafiq fərdi qoruyucu vasitələrlə (maska, üz sipəri,

əlcək, baxil və s.) daxil olması tələb edilir və mətbəxdə işləyən işçi

heyətə daxil olmayan kənar şəxslərin mətbəxə girməsinə yol verilmir;

11.3.6. mətbəxdə müvafiq yerlərdə möhkəm və ağzı bağlanan

zibil qutuları, habelə yalnız maska, əlcək, üz sipəri, baxil və digər fərdi

qoruyucu vasitələrinin atılması üçün nəzərdə tutulan tullantı qabları

yerləşdirilməlidir;

11.3.7. qida məhsullarının istehsalı və mətbəx ərazisi gigiyenik

baryerlər, sterilizasiya cihazları, əllərin və bədənin gigiyenası üçün

zəruri olan alət və avadanlıqlarla (xüsusən xammal və məhsulların

daşınmasında istifadə etmək üçün) təmin edilməlidir;

11.3.8. bütün mehmanxana ərazisində istifadə edilən xidmət

alətləri qabyuyan maşında 60°C və ya daha yuxarı temperaturda

yuyulmalıdır.

11.4. Ümumi istifadədə olan ərazilər:

11.4.1. ümumi istifadədə olan ərazilər bu Qaydaların 7-ci

hissəsinə uyğun olaraq, aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət

tərəfindən təmizlənir və dezinfeksiya edilir;

11.4.2. girişdə, lobbidə və dəhlizlərdə, xüsusən də ümumi

istifadədə olan əşyaların yanında əl dezinfeksiyaedici vasitələr və

salfetlər yerləşdirilir və həmin dezinfeksiyaedici vasitələr yerləşdirilən

stendlər (qablar) mütəmadi yoxlanılır, doluluğu təmin edilir. Həmçinin,

ümumi istifadədə olan ərazilər əlavə maskalarla təchiz edilir;

11.4.3. mehmanxanada liftdən istifadə edildikdə, liftin içi 1 metr

fiziki (sosial) məsafə qaydasına nəzarət məqsədilə xüsusi döşəmə

işarələri ilə nişanlanır. Liftlərin ümumi tutumunun üçdə biri həddində

yüklənməsinə icazə verilir və bu barədə yazılı (vizual) qaydada

məlumatlandırma təmin edilir. Mümkün hallarda pilləkənlərdən istifadə

təşviq edilir;

11.4.4. yemək zalları, restoran və kafelər, iclas zalları,

çoxməqsədli zallar, konfrans zalları, lobbilər, qeydiyyat bölməsi, istirahət

zalı, sərgi zalı, əyləncə və animasiya məkanları, satış nöqtələri, açıq

havada yerləşən oturma, gözləmə və ictimai iaşə məkanları, hovuz

ətrafı ərazilər, çimərliklərdə yerləşən kölgəlik və şezlonq qrupları daxil

olmaqla, lakin bununla məhdudlaşmayaraq ümumi istifadədə olan bütün

ərazilərdə bu Qaydalarla müəyyən olunan fiziki (sosial) məsafə tələbinə

riayət edilməsinə nəzarət edilir, müvafiq işarələr yerləşdirilir və ərazilərin

müəyyən edilmiş tutumundan artıq sayda şəxslərin həmin ərazilərə

girişinə icazə verilmir;

11.4.5. qonaqlar arasında ən azı 2 metr fiziki (sosial) məsafəni

təmin etmək üçün lobbi, lift önləri kimi ümumi istifadədə olan ərazilərdə

növbə yerləri döşəmə işarələri ilə ayrılır;

11.4.6. ümumi istifadədə olan ərazilərdə eyni ailədən olan və ya

eyni otağı bölüşən qonaqlara fiziki (sosial) məsafə qaydası şamil

edilmir;

11.4.7. mehmanxana ərazisində xüsusi zərurət olmadan

gəzməmək tövsiyə olunur, bu məqsədlə müəyyən məkanlara giriş

məhdudlaşdırılır, radioəlaqə və telefonlardan istifadə tövsiyə edilir.

Ümumi istifadədə olduğu halda, bu cür cihazlar davamlı təmizlənir;

11.4.8. binalarda əksər mümkün hallarda bir istiqamətdə hərəkət

təmin edilir. Xüsusi döşəmə işarələri vasitəsilə həm işçi heyət, həm də

qonaqlar tərəfindən fiziki (sosial) məsafənin gözlənilməsi təmin olunur;

11.4.9. insan axınının çox olduğu məkanlardan (dəhlizlər, liftlər,

pilləkənlər və s.) istifadə zamanı fiziki (sosial) məsafəyə riayət

olunmasına nəzarət edilməlidir (yolun sağ tərəfi ilə hərəkət etmək,

pilləkənlərlə enənlərə yol vermək və s. tövsiyə edilməlidir);

11.4.10. uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilmir;

11.4.11. mehmanxanada lobbi (gözləmə) zalları daxil olmaqla,

oturma məkanları, kafelər, çimərlik, hovuz və s. kimi ümumi istifadədə

olan bütün ərazilərdə nərd, domino, loto və digər oyun alətlərinin

qoyulmasına icazə verilmir;

11.4.12. ümumi istifadədə olan ərazilər tez-tez havalandırılır və

dezinfeksiya olunur; 

11.4.13. giriş, lobbi və dəhlizlərdəki bütün qapı tutacaqları,

habelə liftlərin girişindəki və içindəki düymələr, su dispenserlərinin xarici

səthləri və əl ilə təmas olunan hissələri dezinfeksiya edilir;

11.4.14. giriş, lobbi və dəhlizlərdəki bütün ümumi sanitariya

qovşaqları, xüsusilə sifon düymələri, bütün qapı tutacaqları (düymələri),

itələyici tutacaqlar, maye sabun/əl dezinfektantı dispenserinin basma

düyməsi, kran tutacaqları, kağız dəsmal dispenserləri, kabinələrin qapı

tutacaqları və kilidləri, oturacaqların qapaqları, tullantı qutuları, bez

dəyişmə sahələri və s. dezinfeksiya edilir;

11.4.15. lobbinin fərqli yerlərində kiçik oturma əraziləri qurulur,

bu cür ərazilərdə qonaqlara xidmət telefonları yığışdırılır və ya istifadəsi

məhdudlaşdırılır;

11.4.16. ümumi istifadədə olan ərazilərin telefonları, onların

düymələri və sensorları, lobbidə yerləşdirilən (əgər varsa) qəhvə və

digər avadanlıqların əl ilə təmas olunan hissələri dezinfeksiya edilir,

digər hissələri isə uyğun təmizlik məhsulu ilə təmizlənir;

11.4.17. bankomatların quraşdırıldığı yerlərdə əl

dezinfeksiyaedici vasitələr qoyulur, bankomatdan istifadə etməzdən

əvvəl əllərin dezinfeksiya məhlulu ilə təmizlənməsi barədə məlumat

lövhələri vurulur. Bankomatların ən çox təmas edilən səthləri, o

cümlədən düymələri, pul mübadiləsi ekranı və əl ilə təmas edilməsi

ehtimal olunan hissələri bir saatdan bir təmizlənir və dezinfeksiya edilir;

11.4.18. qida avtomatları, tullantı qutularının qapaqları, bütün

masalar (misal üçün, vale masası və ya hər hansı digər əlavə xidmət

masası) müvafiq dezinfeksiyaedici vasitələrlə dezinfeksiya edilir;

11.4.19. elektrik maşınların enerji stansiyaları təmizlənir.

11.5. İctimai iaşə zonaları:

11.5.1. ictimai iaşə zonaları bu Qaydaların 7-ci hissəsinə uyğun

olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən

təmizlənir və dezinfeksiya edilir;

11.5.2. ictimai iaşə zonalarının işçiləri şəxsi gigiyenaya (əl

gigiyenası, tənəffüs gigiyenası və s.) müntəzəm və ciddi şəkildə riayət

etməlidirlər;

11.5.3. kafelərdə, restoranlarda, qonaqların və işçi heyətin daxil

ola biləcəyi bütün məkanlarda əl dezinfeksiyaedici vasitələr, maskası

olmayan şəxslərə təqdim etmək üçün əlavə maskalar və digər gigiyena

vasitələri qoyulmalıdır;

11.5.4. ictimai iaşə zonalarına giriş və çıxış zamanı qonaqların

əllərini dezinfeksiyaedici vasitə ilə təmizləməsinə nəzarət edilməli,

müvafiq xəbərdaredici və məlumatverici nişanlar yerləşdirilməlidir;

11.5.5. qonaqlar ictimai iaşə zonalarına yalnız maskalarla

buraxılırlar və maskası olmayan şəxslərə girişdə maskalar təqdim edilir. 

Qonaqların, yemə-içmə zamanı istisna olmaqla, bütün digər vaxtlarda

və masanı tərk etdikdə maskadan istifadə etmələrinə nəzarət

olunmalıdır;

11.5.6. ictimai iaşə zonalarında Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə təsdiq

edilmiş ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına

müəyyən edilən sıxlıq normalarına riayət edilməsi təmin edilməli,

mehmanxanaların ictimai iaşə obyektlərinin qarşısında (girişində) həmin

obyektlərin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin

sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq

normaları girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə əks

olunmalıdır;

11.5.7. yemək zallarında, girişdə və holda, əlavə zallarda və

digər ümumi istifadədə olan ərazilərdə 2 metr fiziki (sosial) məsafə

qaydası tətbiq edilməli və bu məqsədlə növbə yarana biləcək bütün

ərazilər (sanitariya qovşaqlarının qarşısı, siqaretçəkmə otaqları və s.)

xüsusi döşəmə işarələri ilə nişanlanmalıdır;

11.5.8. masalar arasındakı məsafə masaların formasından

(kvadrat, dairəvi və s.) asılı olmayaraq 2 metrdən, oturacaqların ara

məsafəsi isə 1 metrdən az olmamalıdır;

11.5.9. masaların eni 0,7 metrdən az olduğu təqdirdə,

qonaqların qarşı-qarşıya, lakin çarpaz qaydada oturması təmin edilməli

və ya iki masa birləşdirilməklə, qarşı-qarşıya oturan şəxslər arasında

məsafə artırılmalıdır;

11.5.10. yan-yana oturma qaydasının tətbiq edildiyi bar

masalarında oturacaqlar 1 metr məsafə ilə yerləşdirilir. İşçi heyət ilə

qonaqlar arasında fiziki (sosial) məsafəni təmin etmək üçün bar

masalarının eni ən azı 1 metr olmalı, işçi heyət maska və ya üz

sipərindən istifadə etməlidir;

11.5.11. yemək və ara yemək saatları insan sixlığının (tünlüyün)

yaranmasının qarşısını alacaq qaydada planlaşdırılmalı, bu məqsədlə

əvvəlcədən rezervasiyalar təşviq olunmalıdır;

11.5.12. hər bir masada əl dezinfeksiyaedici vasitələr

qoyulmalıdır;

11.5.13. bütün döşəmə və səthlər, qida və içki avadanlıqları

mütəmadi olaraq, o cümlədən yemək saatından əvvəl və sonra

təmizlənməli və dezinfeksiya olunmalıdır;

11.5.14. işçilər və qonaqlar üçün nəzərdə tutulan bütün qablar

(qonaqlar və ya işçilərin əlləri ilə təmasda olması ehtimalı nəzərə

alınaraq istifadə edilməmiş əşyalar da daxil olmaqla) qabyuyan maşında

yuyulmalı və müvafiq dezinfeksiyaedici vasitələrlə dezinfeksiya

edilməlidir;

11.5.15. hər hansı bir səbəbdən əl ilə yumaya ehtiyac

yaranarsa, bütün ehtiyat tədbirləri görülərək adi qaydada (yuma,

dezinfeksiya etmə, durulama) yuyulma həyata keçirilməlidir;

11.5.16. qurutma birdəfəlik kağız dəsmallardan istifadə

edilməklə aparılmalıdır;

11.5.17. masa örtüyü yerinə birdəfəlik kağız örtüklərdən istifadə

edilməsi tövsiyə olunur. Birdəfəlik istifadə üçün nəzərdə tutulmayan

masa örtükləri hər bir qonaq tərəfindən istifadədən sonra yuyucu

vasitələr və ya müvafiq əşyanın xüsusiyyətlərinə uyğun gigiyena

vasitələri ilə təmizlənir. Parça salfetlərdən istifadə tövsiyə olunmur;

11.5.18. masalarda ümumi istifadədə olan duz qabı, istiot qabı,

salfet qabı kimi əşyalar əvəzinə birdəfəlik istifadə üçün nəzərdə

tutulmuş duz, istiot, salfet və digər məhsullar qoyulur;

11.5.19. istifadə edilən metal çəngəl, qaşıq və bıçaqlar müvafiq

gigiyena qaydalarına uyğun şəkildə təmizlənir, üstü örtülmüş şəkildə

saxlanılır və əllə təmas olmadan qonaqlara təqdim edilir;

11.5.20. ümumi istifadədə olan çay və qəhvə maşınları, su

dispenserləri və digər avadanlıqlardan içkilər yalnız mehmanxananın

işçisi tərəfindən təqdim olunur;

11.5.21. barlarda içki süzmək üçün istifadə olunan kranlar

mütəmadi təmizlənməli və dezinfeksiya olunmalıdır;

11.5.22. çap menyular müvəqqəti olaraq istifadə edilməməli və

rəqəmsal versiyalar təklif olunmalıdır. Bu mümkün olmadıqda, çap

menyular plastik laminasiya ilə örtülməli və hər istifadədən sonra

dezinfeksiya edilməlidir;

11.5.23. açıq bufet xidməti, habelə mehmanxananın ictimai iaşə

məkanlarından kənarda özünəxidmət yolu ilə yemək-içmək xidməti

fəaliyyət göstərməməlidir.

Qeyd. Bu Qaydalarda qeyd edilənlərlə yanaşı,

mehmanxanaların ictimai iaşə obyektlərində Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin metodiki göstərişlərinə əməl edilməlidir.

11.6. Otaq xidməti:

11.6.1. otaqlar bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq

aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənir və

dezinfeksiya edilir;

11.6.2. qonaqlar və işçi heyət arasında birbaşa əlaqə olmamalı,

daxili telefon və ya mobil telefon vasitəsilə əlaqə saxlanılmalıdır;

11.6.3. qonaq otaqlarına qida və digər zəruri ləvazimatların

çatdırılması xidməti təmas olmadan həyata keçirilməlidir.

Mehmanxananın işçisi qida və digər zəruri ləvazimatları ayrıca qabda

(məcməyidə) qapının qarşısına qoyaraq qonağı xəbərdar etmək 

məqsədilə qapını döyməlidir. Çatdırmadan əvvəl və sonra əllər müvafiq

qaydada təmizlənməli və dezinfeksiya edilməlidir;

11.6.4. otaqlarda birdəfəlik istifadə üçün olan qablar, o

cümlədən çəngəl-bıçaq dəstlərindən istifadə edilməsi tövsiyə edilir. Bu

cür əşyalar istifadədən sonra tullantı qabına atılmalıdır;

11.6.5. birdəfəlik istifadə üçün olan qablar, o cümlədən çəngəlbıçaq dəstlərindən istifadə mümkün olmadıqda, qonaqlara istifadə

edilmiş əşyaları otaqdan çıxarıb qapının yanına çölə qoymaq tövsiyə

edilir;

11.6.6. qida məhsullarının istifadə olunmuş qablar olan

arabalarda daşınmasına icazə verilmir;

11.6.7. qida məhsullarının daşınması və istifadə olunmuş

qabların yığılması üçün istifadə edilən arabalar mütəmadi qaydada

təmizlənməli və dezinfeksiya edilməlidir.

11.7. Əyləncə, idman və istirahət məkanları:

11.7.1. Əyləncə, idman və istirahət məkanları bu Qaydaların 7-ci

hissəsinə uyğun olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət

tərəfindən təmizlənir və dezinfeksiya edilir;

11.7.2. əyləncə, idman və istirahət məkanlarının girişində hər

kəsin (işçilər də daxil olmaqla) hərarəti ölçülməli, 37.5°C və ya daha

yüksək bədən hərarəti olan şəxslərin həmin məkana girişinə icazə

verilməməli və onların aidiyyəti üzrə tibbi məntəqələrə yönəldilməsi

təmin edilməlidir;

11.7.3. hərarət, öskürək, burun axması, nəfəs darlığı kimi

xəstəlik əlamətləri olan, COVID-19 testinin nəticəsi pozitiv çıxmış və ya

testinin nəticəsi pozitiv çıxmış şəxslə təmasda olmuş şəxslərin əyləncə,

idman, spa və hovuz ərazilərinə girişinə icazə verilməməlidir;

11.7.4. yaşı 65-dən yuxarı olan, yüksək təzyiq, ürək, şəkərli

diabet və digər xroniki xəstəlikləri olan şəxslərə bu ərazilərdən istifadə

zamanı ehtiyatlı olmaları barədə tövsiyə verilməlidir;

11.7.5. əyləncə, idman və istirahət məkanlarında COVID-19 ilə

bağlı əməl edilməsi tələb olunan gigiyena qaydaları barədə

xəbərdaredici və məlumatlandırıcı lövhələr qoyulur;

11.7.6. əyləncə, idman və istirahət məkanlarında qonaqların və

işçi heyətin istifadəsi üçün spirt tərkibli əl dezinfeksiyaedici vasitələr,

maskası olmayan şəxslərə təqdim etmək üçün əlavə maskalar və digər

gigiyena vasitələri qoyulur. Bu ərazilərə daxil olarkən əllərin

dezinfeksiyaedici vasitələrlə təmizlənməsinə nəzarət edilir;

11.7.7. əyləncə, idman və istirahət məkanlarına əvvəlcədən

sifariş xidməti təşkil edilməli və bu barədə qonaqlar

məlumatlandırılmalıdırlar;

11.7.8. əyləncə, idman və istirahət məkanlarına qonaqların giriş

və çıxış saatları qeydiyyata alınmalı və bu məlumatlar ən azı 14 gün

müddətində saxlanılmalıdır;

11.7.9. qonaqlar arasında minimum 2 metr məsafə təmin

olunmalı, bunun üçün mümkün olan yerlərdə xüsusi döşəmə işarələri

yerləşdirilməlidir. Bununla da ərazidə eyni anda olan qonaq sayı

məhdudlaşdırılmalıdır;

11.7.10. eyni ailədən olan və ya eyni otağı bölüşən qonaqlara

fiziki (sosial) məsafə tələbi şamil edilmir. Bu cür qonaqlar masaları və

çimərlik dəstlərini paylaşa bilərlər;

11.7.11. əyləncə, idman və istirahət məkanlarında bütün işçi

heyətin uyğun formada tibbi maska taxmasına, maskanın nəmlənməsi

və ya kirlənməsi zamanı dəyişdirilməsinə, yeni maskanın taxılması

zamanı isə əl gigiyenası qaydalarına əməl olunmasına diqqət

edilməlidir;

11.7.12. mütəmadi olaraq (minimum 4 saatdan bir)

avadanlıqların və xüsusilə, çox toxunulan səthlərin (məsələn,

tutacaqların, döşəmələrin) təmizlənməsi təmin olunmalıdır;

11.7.13. əyləncə, idman və istirahət məkanlarından kitab və

jurnal kimi vasitələr yığışdırılmalıdır;

11.7.14. üzbəüz dayanma, söhbət etmə və digər fəaliyyətlər

zamanı qonaqların maskadan istifadə etməsinə və fiziki (sosial)

məsafəyə riayət etməsinə nəzarət olunmalıdır;

11.7.15. əyləncə, idman və istirahət məkanlarının ərazilərində

xidmət göstərilərkən, ən azı 1 metr fiziki (sosial) məsafə tələbinə riayət

edilməlidir;

11.7.16. işçi heyətin istirahət bölmələrində də ən azı 2 metr fiziki

(sosial) məsafə qaydasına riayət edilməsi və maskadan istifadə

olunması təmin edilir. Yemək yedikdə və ya su (çay, qəhvə) içdikdə,

maskadan istifadə edilmədiyi üçün 2 metr fiziki (sosial) məsafə təmin

edilməlidir;

11.7.17. su qablaşdırılmış şəkildə təqdim olunmalıdır;

11.7.18. sərinləmə məqsədilə ventilyatorlardan (su buxarlı

olanlarda daxil olmaqla) istifadəyə icazə verilmir;

11.7.19. qonaqların istifadəsi üçün olan sanitariya qovşaqlarının

girişində mümkün hallarda avtomatik qapı sistemi quraşdırılmalı, bu cür

sistemlər quraşdırılmadığı təqdirdə qapılar açıq saxlanılmalı və qapı

tutacaqları tez-tez dezinfeksiya edilməlidir;

11.7.20. sanitariya qovşaqlarında avtomatik əl qurutma vasitələri

bağlanmalı və ya istifadəsi dayandırılmalı, bunların yerinə tək istifadəlik

kağız dəsmallar qoyulmalıdır. Bu yerlərdə davamlı və yetərli miqdarda

maye sabun, tualet kağızı və kağız dəsmal saxlanmalıdır;

11.7.21. istifadə edilmiş maskaların atılması üçün ayrıca qapalı

torbalar qoyulmalı və bu tullantılar müvafiq qaydada məhv edilməlidir;

11.7.22. Tullantı qutuları mütəmadi qaydada təmizlənməli və

dezinfeksiya edilməlidir.

11.8. Hovuzlar və çimərliklər:

11.8.1. hovuzlar və çimərliklər bu Qaydaların 7-ci hissəsinə

uyğun olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən

təmizlənməli və dezinfeksiya edilməlidir;

11.8.2. hovuzlarda suyun, habelə hovuzətrafı ərazilərin təmizliyi

və gigiyenası təmin edilməlidir;

11.8.3. hovuzların suyu gigiyena normalarına uyğun

dezinfeksiya olunmalıdır. Sudakı xlor konsentrasiyası açıq hovuzlarda

13 ppm, qapalı hovuzlarda 11,5 ppm səviyyəsində saxlanmalı və

müntəzəm olaraq nəzarət edilməlidir;

11.8.4. açıq və qapalı hovuzlarda adambaşına düşən sıxlıq

norması hovuzətrafı ərazilərdə 4 m2

sahəyə bir nəfər, hovuzun içində

isə 8 m2

sahəyə bir nəfər həddində müəyyən edilir;

11.8.5. açıq və qapalı uşaq hovuzlarında adambaşına düşən

sıxlıq norması 8 m2

sahəyə bir nəfər olmalı və hovuzdan istifadə edən

uşaqların valideyn nəzarətində olması təmin edilməlidir;

11.8.6. hovuz və çimərliklərdə masalar, şezlonqlar və istirahət

oturacaqları arasında, habelə müxtəlif fəaliyyətlər zamanı qonaqlar

arasında azı 2 metr fiziki (sosial) məsafə gözlənilməlidir;

11.8.7. çətirlərin oxlarının arasında minimum 4 metr məsafə

təmin olunmalıdır;

11.8.8. çimərlik və hovuz ərazilərinə girişdə və digər insan axını

çox olan yerlərdə əl dezinfeksiyaedici vasitələr yerləşdirilməlidir;

11.8.9. çimərlik və hovuz dəsmalları işçilər tərəfindən

paketlənmiş şəkildə qonaqların istifadəsi üçün təqdim olunmalıdır.

Çimərlik dəsmallarının hər gün dəyişdirilməsi və hər istifadədən sonra

60°C və ya daha yuxarı temperaturda yuyulması təmin edilməlidir;

11.8.10. qonaqların hovuza girməzdən əvvəl duş alması üçün

xəbərdarlıq nişanı asılmalıdır;

11.8.11. COVID-19-a yoluxma riskini artırdığı üçün çimərlik və

üzmə məkanlarında uzun müddət qalmamaqla, fiziki (sosial) məsafə və

gigiyena qaydalarına riayət etməklə bağlı zəruri xəbərdarlıqlar (səsli

anonslar) verilməlidir;

11.8.12. çimərlik və üzmə məkanlarında yerləşən kafe, restoran

və digər xidmət sahələrində bu Qaydaların 11.5-ci bəndinə uyğun olaraq

xidmət təmin edilməlidir;

11.8.13. COVID-19-a yoluxma halı aşkar edildiyi halda, bu cür

şəxslərlə təmasda olmuş şəxslərin müəyyən edilə bilməsi üçün qapalı

hovuza girən şəxslər barədə məlumatların qeydiyyatı aparılmalı və bu

məlumatlar ən azı 14 gün müddətində saxlanılmalıdır;

11.8.14. açıq və qapalı hovuzlarda və çimərliklərdə qrup

şəklində məşqlərin, suyadalma dərslərinin və digər fəaliyyətlərin

təşkilinə icazə verilmir;

11.8.15. təkadamlıq su əyləncələrinə (sörfinq, skuter və s.) icazə

verilir. Bu fəaliyyətlərdən sonra istifadə edilmiş əşyalar və avadanlıqlar,

xilasedici jiletlər su və yuyucu vasitələrdən istifadə edilməklə

təmizlənməli və dezinfeksiya edilməlidir;

11.8.16. eyni anda bir neçə nəfərin iştirak etdiyi su

əyləncələrindən eyni ailədən olan və ya eyni otağı bölüşən qonaqların

istifadəsinə icazə verilir;

11.8.17. duş kabinələri, sanitariya qovşaqları və digər məkanlar

qapı və pəncərələri açılaraq tez-tez havalandırılmalıdır;

11.8.18. qapalı hovuzların ventilyasiya, hava mübadiləsi

sisteminin, nəmalma cihazının düzgün işləməsi yoxlanılmalıdır;

11.8.19. tez-tez təmas olunan səthlər, o cümlədən giriş və

çıxışlardakı ayaqaltlıqlar, qapı tutacaqları, soyunub-geyinmə otaqlarında

qonaqların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar

və onların tutacaq və kilidləri, döşəmələr, soyuducuların tutacaqları,

sanitariya qovşaqları, anbarlar, tullantıların yığıldığı sahələr, tullantı

qabları, ödəniş terminalları mütəmadi dezinfeksiya olunmalıdır;

11.8.20. hovuz və çimərliklərdə şezlonqlar və digər avadanlıqlar

hər bir qonağa təqdim edilməzdən öncə dezinfeksiya edilməli, ictimai

istifadədə olan duşlar, dəsmal götürmə masaları təmizlənməli və

dezinfeksiya olunmalıdır;

11.8.21. mümkün hallarda, çimərliklərdə istifadə edilən duş

kranlarının, su kranlarının, sabun dispenserlərinin və digər

avadanlıqların sensorlu olması təmin edilməli, bu ərazilər müvafiq

qaydalara uyğun şəkildə təmizlənməli və mütəmadi qaydada

dezinfeksiya edilməlidir;

11.8.22. xilasedicilər fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı

tələblərə (FFP2/N95 tipli maskalar, əlcəklər) riayət etməli, hər hansı bir

şəxsə 2 metrdən az məsafədən yaxınlaşdığı təqdirdə isə əlavə olaraq

üz sipərindən də istifadə etməlidirlər;

11.8.23. süni tənəffüs vermə tədbirləri üçün süni tənəffüs

maskaları, torba-maska cihazı kimi vasitələr təmin edilməlidir;

11.8.24. xilasedicilər tərəfindən həyata keçirilən süni tənəffüs

vermə və ilk yardım tədbirləri, COVID-19-un yayılması baxımından riskli

fəaliyyətlər olduğu üçün, standart infeksiyaya nəzarət tədbirlərinə uyğun

şəkildə həyata keçirilməlidir; 

11.8.25. süni tənəffüs vermə və ilk yardım tədbirləri 1 metrdən

qısa məsafədə təmasın zəruri olduğu və hava damcılarının yarandığı

fəaliyyətlər olduğu üçün süni ventilyasiyada süni tənəffüs maskaları,

torba-maska cihazı kimi vasitələr istifadə edilməli, ağızdan-ağıza

tənəffüsün verilməsi üsuluna üstünlük verilməməlidir.

 11.9. Sauna, hamam, SPA:

11.9.1. sauna, hamam, SPA əraziləri bu Qaydaların 7-ci

hissəsinə uyğun olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət

tərəfindən təmizlənir və dezinfeksiya edilir;

11.9.2. bütün işçi heyət hamam, sauna, buxar otaqlarından

kənarda, ön ofis, qəbul masası, istirahət bölmələrində bu Qaydaların 6-

cı hissəsi ilə müəyyən edilmiş qaydalara uyğun şəkildə maskadan

istifadə etməlidir;

11.9.3. qonaqların geyinib-soyunma otaqlarından istifadəsi

məhdudlaşdırılmalı və bu məqsədlə qonaq otaqlarından istifadə etmələri

təşviq edilməlidir;

11.9.4. SPA prosedurları zamanı fiziki təmasın qarşısı alınmalı,

proseduru həyata keçirən şəxslə qonaq arasında fiziki (sosial) məsafə

tətbiq oluna bilmədikdə, proseduru həyata keçirən şəxs və qonaq üz

maskasından istifadə etməlidirlər. Bu qayda fizioterapiya, inqalyasiya,

paleoterapiya (palçıq müalicəsi), balneoterapiya, iqloterapiya,

speloterapiya (mağara müalicəsi), naftalan vannaları kimi turistlərin

sağlamlığını yaxşılaşdırmaq üçün tətbiq edilən analoji sağlamlaşdırma

prosedurlarına münasibətdə də tətbiq edilməlidir;

11.9.5. hər bir qonaq üçün ayrıca kisə, lif, süngər kimi vasitələr

qoyulmalı və bu əşyaların başqa qonaqlar tərəfindən istifadəsinə yol

verilməməlidir;

11.9.6. ümumi istifadədə olan əşyalar hər istifadədən sonra su

və sabunla yuyulmalı və dezinfeksiya edilməlidir;

11.9.7. SPA mərkəzlərdə olan suyun tərkibindəki

dezinfeksiyaedici vasitələrin konsentrasiyasının beynəlxalq norma və

standartlarla müəyyən edilən yuxarı hədlərdə saxlanması tövsiyə

olunur;

11.9.8. mikrobioloji keyfiyyət yoxlamaları qanunvericiliyə uyğun

şəkildə aparılmalıdır;

11.9.9. mümkün hallarda, duş kranlarının, su kranlarının, sabun

dispenserlərinin və digər avadanlıqların sensorlu olması təmin

edilməlidir;

11.9.10. sauna, hamam və SPA olan məkanlarda yerləşən kafe,

restoran və digər xidmət sahələrində bu Qaydaların 11.5-ci bəndinə

uyğun şəkildə xidmət təmin edilməlidir;

11.9.11. hamam, sauna, buxar otaqları və jakuzilərdə

adambaşına düşən sıxlıq norması 4 m2

sahəyə bir nəfər (işçi heyət də

daxil olmaqla) həddində müəyyən edilməlidir;

11.9.12. hər SPA prosedurundan əvvəl və sonra əltəmizləyici

vasitədən istifadə edilməlidir.

11.10. Fitnes:

11.10.1. idman salonu bu Qaydaların 7-ci hissəsinə uyğun

olaraq aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən

təmizlənməli və dezinfeksiya edilməlidir;

11.10.2. idman salonunda hər 6 m2

ərazi üçün 2 nəfərin olması

müəyyən edilməlidir;

11.10.3. idman salonlarındakı iş şəraitindən asılı olaraq

qonaqların bir-biri ilə və işçilərlə yaxın təmas məsafəsinin 2 metr olaraq

saxlanılması üzrə tədbirlər görülməlidir;

11.10.4. idman salonundakı avadanlıqlar (qaçış, velosiped və s.)

arasında ən azı 2 metr məsafə qoyulmalı, bu mümkün olmadıqda 2

metr məsafədən yaxın yerləşən avadanlıqların eyni vaxtda istifadəsinə

yol verilməməlidir;

11.10.5. qonaqların geyinib-soyunma otaqlarından istifadəsi

məhdudlaşdırılmalı və bu məqsədlə qonaq otaqlarından istifadə etmələri

təşviq edilməlidir;

11.10.6. idman salonlarının məsul işçiləri və qonaqlar idman

etmədikləri zaman maskalardan istifadə etməlidirlər;

11.10.7. idman mərkəzləri və salonlarında (açıq məkanlar daxil

olmaqla) komanda şəklində keçirilən və təmas tələb edən idman növləri,

müsabiqələr, əyləncə məqsədli yarışlar və ya insanların bir-biri ilə yaxın

təmasına ehtiyac (futbol, basketbol, voleybol, taekvando, güləş, karate

və s.) olan təlim məşqləri aparılmalıdır;

11.10.8. güləş, karate, boks, taekvando və s. bu kimi idman

növlərinin təmassız məşqləri və digər idman məqsədli fəaliyyətlər (yoqa,

pilates, zumba və s.) adambaşına düşən sıxlıq normalarını və 2 metr

fiziki (sosial) məsafə tələbini pozmamaq şərtilə həyata keçirilməlidir;

11.10.9. idman fasilələri istisna olmaqla, idman salonlarında

qonaqların gözləməsinə yol verilmir;

11.10.10. COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə

idman salonlarında qəzet, jurnal və s. kimi vasitələr saxlanılmamalıdır;

11.10.11. qonaqların istifadə etdikləri idman alətlərinin yanında

dezinfeksiyaedici vasitələr qoyulmalıdır;

11.10.12. sabit və ya hərəkətli bütün idman alət və cihazlarının,

o cümlədən qaçış alətləri, velosipedlər, ağırlıq qaldırma alətləri və s.

kimi avadanlıqların əllə və vücudla təmas edilən bütün səthləri hər

istifadədən sonra təmizlənməli və dezinfeksiya edilməlidir;

11.10.13. istifadədən sonra idman alətlərinin təmas olunan

səthlərinin istifadəçilər tərəfindən silinməsi təşviq edilməli, idman

salonunun içində müxtəlif yerlərdə bununla bağlı məlumatlandırıcı

lövhələr asılmalı və səsli anonslar verilməlidir;

11.10.14. qonaqlar üçün birdəfəlik tekstil vasitələrindən istifadə

edilməli və ya hər istifadədən sonra bu vasitələr ən az 60°C

temperaturda yuyulmalıdır;

11.10.15. dəsmallar idman salonu tərəfindən təmin edildikdə,

onların bağlı paketdə və təmiz olmasına və ya bir məsul işçi tərəfindən

verilməsinə, habelə onların hər istifadədən sonra müvafiq qaydada

dezinfeksiya edilməsinə diqqət yetirilməlidir;

11.10.16. idman salonlarının təmizliyində xüsusən tez-tez

toxunulan səthlərin (qapı tutacaqlarının, telefonların, masa səthlərinin)

təmizliyinə diqqət yetirilməli, əllə təmasın yüksək olduğu yerlər tez-tez

su və yuyucu vasitələrlə təmizlənməli, 1:100 normal durulaşdırılmış

ağardıcı ilə səthlərin dezinfeksiyası təmin edilməli, xlor məhlulunun

zərər verdiyi səthlərdə (kassa, kompüter klavişləri, telefon və digər

cihazların səthləri) isə 70 faiz spirt tərkibli məhlullar istifadə edilməlidir;

11.10.17. mərkəzi havalandırma sistemi olan idman salonlarının

havalandırılması təmiz hava sirkulyasiyasını təmin edəcək şəkildə

qurulmalı, havalandırma sistemlərinə texniki xidmət və filtrlərin

dəyişdirilməsi istehsalçı firmanın tələblərinə uyğun olaraq həyata

keçirilməli, kondisioner və ventilyatorlardan istifadə edilməməlidir.

11.11. Qolf oyunu xidməti:

11.11.1. qolf oyununa gələn şəxslərin girişdə termal kamera

sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür. Bu

zaman bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən

edildikdə, həmin şəxslərin əraziyə daxil olmasına yol verilməlidir;

11.11.2. bir qrupda 4 nəfərdən artıq şəxsin oynamasına icazə

verilməməlidir;

11.11.3. oyuna çıxan qruplar arasında ən azı 10 dəqiqə fasilə

təmin olunmalıdır;

11.11.4. sahədə oynayan qruplar arasında ən azı 150 metr

məsafə təmin olunmalıdır;

11.11.5. klub binası daxilində əsas insan axını olan nöqtələrdə

fiziki (sosial) məsafə və digər qabaqlayıcı tədbirlərə dair

məlumatlandırıcı və xəbərdaredici nişanlar qoyulmalıdır;

11.11.6. klub binası daxilində əsas insan axını olan nöqtələrdə

əl dezinfeksiyaedici vasitələr yerləşdirilməlidir;

11.11.7. geyinib-soyunma otaqlarından istifadə

məhdudlaşdırılmalıdır;

11.11.8. bir qolf maşınından yalnız bir nəfərin istifadə etməsinə

icazə verilməlidir. Bu qayda ailə üzvlərinə və ya eyni otaqda qalan

şəxslərə şamil edilmir;

11.11.9. qolf çubuqları və topları, qapı tutacaqları, masalar və

oturacaqlar, qolf maşınları və s. hər istifadədən sonra təmizlənməli və

dezinfeksiya olunmalıdır.

11.12. Konfrans, görüş və tədbir məkanları:

11.12.1. konfrans, görüş və tədbir təşkilatçıları bu cür

məkanlarda eyni vaxtda olan şəxslərin sayını müəyyən edərkən,

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan

sıxlıq normalarına riayət etməlidirlər;

11.12.2. konfrans, görüş və tədbirlər mümkün hallarda açıq

havada və ya yaxşı havalandırılmış məkanlarda keçirilməldir;

11.12.3. konfrans, görüş və tədbirə gələn şəxslərin girişdə

termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti

ölçülür. Bu zaman həmin şəxslərin bədən hərarətinin 37.5°C və ya

daha yüksək olduğu müəyyən edildikdə, onların konfrans, görüş və

tədbir məkanına daxil olmasına yol verilmir;

11.12.4. COVID-19-a şübhəli əlamətləri olan və ya yaxın

dövrlərdə bu cür əlamətləri olmuş, COVID-19 testinin nəticəsi pozitiv

olan və ya test nəticəsi pozitiv olmuş şəxslə təmasda olduğu üçün

özünütəcrid rejimində olan şəxslərin konfrans, görüş və tədbirdə

iştirakına icazə verilmir;

11.12.5. konfrans, görüş və tədbir zamanı COVID-19-un

yayılması riskini artıran hərəkətlərə, məsələn qələm və digər əşyaların

mübadiləsinə yol verilmir;

11.12.6. konfrans, görüş və tədbir məkanlarının girişlərində və

zəruri olduqda məkan daxilində əl dezinfeksiyaedici vasitələr

yerləşdirilməlidir;

11.12.7. əşya və səthlərlə təmas nəticəsində infeksiyanın

yayılma riskinin qarşısının alınması məqsədilə məkana giriş zamanı

qonaqların əl dezinfeksiyaedici vasitələrdən istifadə etməsi təmin

edilməlidir;

11.12.8. iştirakçılar arasında 2 metr fiziki (sosial) məsafə təmin

olunmalıdır;

11.12.9. fiziki (sosial) məsafə qaydasına tədbirin keçirildiyi

məkanın hər yerində, o cümlədən giriş və çıxışda, istirahət otaqlarında

və digər ərazilərdə riayət olunması təmin edilməlidir;

11.12.10. masa və oturacaqlar fiziki (sosial) məsafə tələblərinə

uyğun şəkildə yerləşdirilməlidir;

11.12.11. fiziki (sosial) məsafəyə riayət edilməsini təmin etmək

üçün döşəmələrdə işarələnmə edilməlidir; 

11.12.12. qapalı məkanlarda mümkün hallarda üzbəüz və yaxın

məsafədə ünsiyyətdən çəkinilməlidir;

11.12.13. hündür səslə danışıqların qarşısını almaq üçün

müvafiq tədbirlər görülməli, mikrofonlardan istifadə imkanı təmin

olunmalıdır;

11.12.14. hər tədbirdən sonra tədbir məkanı və oradakı

avadanlıqlar və tez-tez təmas edilən səthlər təmizlənməli və

dezinfeksiya edilməlidir.

12.Malların mehmanxanaya gətirilməsi və mehmanxanadan

çıxarılması

12.1. Malların mehmanxanaya gətirilməsi və mehmanxanadan

çıxarılması zamanı fiziki (sosial) məsafənin saxlanılması təmin

edilməlidir.

12.2. Malların mehmanxanaya gətirilməsi və mehmanxanadan

çıxarılması məntəqələri, bununla bağlı prosedurlar və məlumatlandırıcı

nişanlar müəyyən edilməlidir;

12.3. Anbara bir istiqamətli hərəkət axını təmin edilməlidir.

12.4. Ehtiyatların saxlanması ilə bağlı qaydalar fiziki (sosial)

məsafə tələbləri nəzərə alınaraq yenilənməlidir. İş yerinin quruluşuna

uyğun olaraq, fiziki (sosial) məsafə tələblərinə riayət etmək mümkün

olmadıqda, risklərin azaldılması ilə bağlı mümkün tədbirlər müəyyən

edilməli və həyata keçirilməlidir.

12.5. Buraxılış məntəqəsində, həyət və anbarda zəruri olmadığı

hallarda təmas minimuma endirilməlidir.

12.6. Mümkün hallarda və təhlükəsizlik tələblərinə uyğun

olduqda, yüklər bir işçi tərəfindən yüklənməli və ya boşaldılmalıdır. Bu

mümkün olmadıqda, bu işlərin eyni işçilər tərəfindən həyata

keçirilməsinə səy göstərilməlidir.

12.7. Təhlükəsizlik tələblərinə uyğun olduqda, sürücülərin

nəqliyyat vasitəsini tərk etməməsinə səy göstərilməlidir.

12.8. Mal və məhsulların boşaldılması ilə məşğul olan işçilər

tərəfindən əl gigiyenası qaydalarına əməl olunması təmin edilməli, daha

çox sayda əl yuma sahələrinin qoyulması həyata keçirilməli, bu mümkün

olmadıqda isə əl dezinfeksiyaedici vasitələrin qoyulması təmin

edilməlidir.

12.9. Əraziyə daxil olan mal və məhsulların təmizlənməsi

prosedurları müəyyən edilməlidir.

12.10. Ümumi istifadədə olan avadanlıq, alətlər və nəqliyyat

vasitələrinin əllə təmas olan hissələrinin hər istifadədən sonra

təmizlənməsi və dezinfeksiyası həyata keçirilməlidir. 

12.11. İşçilərin evə getdikləri zaman istifadə etdikləri nəqliyyat

vasitələrinin müntəzəm olaraq təmizlənməsi və dezinfeksiyası təmin

edilməlidir.

12.12. Çatdırılma fəaliyyətinin dövriliyini azaldan tədbirlər

nəzərdən keçirilməli, daha böyük həcmdə sifarişlərin verilməsinə

üstünlük verilməli, elektron qaydada əvvəlcədən sifarişi mümkün olan

məhsullar təmassız çatdırılma üsulundan istifadə edilməklə

çatdırılmalıdır;

12.13. Mehmanxananın qida məhsullarının tədarükü, istehsalı,

hazırlanması və servisi ilə məşğul olan bölmələrinin işçi heyətinin bu

bölmələrə qısa müddətə daxil olan təchizatçılar, texniki xidmət işçiləri,

malların daşınmasını həyata keçirən sürücülər və digər şəxslərlə yaxın

təmasda olmaması, fiziki (sosial) məsafəyə riayət edilməsi və qoruyucu

vasitələrdən istifadə edilməsi təmin olunmalıdır.

13.Yekun müddəalar

13.1. Bu Qaydaların tələblərinə riayət olunmasına ümumi

nəzarət və koordinasiya Azərbaycan Respublikasının Dövlət Turizm

Agentliyi tərəfindən həyata keçirilir.

13.2. Bu Qaydaların 13.1-ci bəndinə uyğun olaraq, Azərbaycan

Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən

nəzarət tədbirlərinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi,

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan

Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida

Təhlükəsizliyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də

cəlb edilə bilərlər.

13.3. Bu Qaydaların tələblərinə riayət edən mehmanxanalar

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən

“SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR